Əcnəbi dildə olan reklam və plakatlar ləğv edilir, Bakıda yox, Krasnodarda...
Krasnodar Şəhər Dumasının deputatları şəhərin abadlaşdırılması qaydalarına dəyişiklikləri təsdiqləyiblər. Və buna əsasən şəhərdə daha xarici dillərdə lövhələrin qoyulması qadağan ediləcək.
Beləliklə, loru dildə desək, şəhər səlahiyyətliləri şəhərin mərkəzindəki sonsuz anglikizmdən qurtulmaq qərarına gəliblər. Yeri gəlmişkən qeyd edək ki, anqlikizmin hərfi mənası...ingilis dilindən başqa dilə sözlərin götürülməsidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayət paytaxtı administrasiyasının mətbuat xidməti verir.
Beləliklə deputatlar qeydə alınmış əmtəə nişanları istisna olmaqla, xarici dillərdə işarələrin qoyulmasına qadağanı dəstəkləyiblər.
Qeyd edək ki, yaxın vaxtlarda şəhərin bərbərxanalarından tutmuş, marketlərərinə qədər əcnəbi adda olan bütün plakatlar çıxarılıb ləğv ediləcək. Verilən məlumatlara görə, şəhərdə kirillə yazılmayan hər şey zibil qutularına atılacaq.
Bəzi etiraflara görə, ən çətini şəhərin mərkəzində müəssisələri fəaliyyət göstərən sahibkarlar göstərilir. Amma onlara da cəmi bir neçə ay vaxt verildiyi bildirilir.
Dəyişikliklər qeyri-stasionar ticarət obyektlərinin və dayanacaqların görünüşünə də təsir edəcək. Səlahiyyətlilərin fikrincə, yenilənmiş qaydalar şəhərin memarlıq görkəmini vahid üsluba gətirəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB