Gəncədə fləşmob: “Zərifə Əliyeva-100”

Gəncədə fləşmob: “Zərifə Əliyeva-100”

Gəncədə oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Meydanda 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin tələbələri birlikdə “Zərifə Əliyeva-100” yazısını əks etdiriblər.

Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü tamam olur.

Bütün xəbərlər Facebook səhifəmizdə