Yuxarı Şirvan kanalında meyit tapılıb

Yuxarı Şirvan kanalında meyit tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə