Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixinin, elminin, mədəniyyətinin və digər istiqamətlərin inkişafında mühüm mərhələləri təşkil edir. Bu elə bir mərhələdir ki, Azərbaycan Dövlətçiliyinin silinməz səhifələri, əbədi tarixdir. Bugünki, Mütəqil Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir. Bir sözlə, o, xalqımızın xilaskarı, onun dünyada tanınması və şöhrətlənməsi yolunda bütün həyatını fəda edən əvəzolunmaz şəxsiyyətdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən Heydər Əliyevlə bütün dünya azərbaycanlıları fəxr edir ki, o, bizim Ulu Öndərimizdir.

Heydər Əliyev ənənələrinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu yubiley ilinə hər kəs öz töhfələrini verməyə çalışır. Çünki hər kəs özünü Ulu Öndərin ruhu qarşısında mənən borclu sayır. Axı, biz onun siyasi əqidəsinin və böyük elmi biliklərinin, fədakarlığının sayəsində Müstəqil Azərbaycan Dövlətinin inkişafına nail olmuşuq. Bu mənada “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il, martın 17-də Yasamal Rayonu Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova iştirakçıları salamlayıb. Aərbaycan Respublikasının Himninin sədaları altında Ulu Öndərimizin və Bətən şəhidlərinin xatirəsi yad edildi. Sonra “İrsimizin tədqiqi və təbliği” ictimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm”, Məhsəti Gəncəvi mükafatlarının laureatı Səadət Təhmirazqızı çıxış edərək “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda geniş və ətraflı çıxış edib, tədbirin mühüm əhəmiyyətindən danışdı. Səadət xanım həm də tədbirin aparıcısı olaraq iştirakçıları və qonaqları salamlayıb onları təqdim edərək mövzuya dair çıxışçılara söz verib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “1920-80-ci illərdə Heydər Əliyevin musiqi mədəniyyətinə olan qayğı və diqqəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Heydər Əliyev və təsviri incəsənət”, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəşəbova “Milli ənənələrin qorunmasında Heydər Əliyevin rolu”, xalçaçı Nazilə Əbilova “Heydər Əliyev obrazı ilmələrin gözü ilə”, Muzey sərvətləri və xatirə əşyalarının Elmi Bərpa Mərkəzinin Baş Fond Mühafizi Pakizə Almazova “Heydər Əliyev və muzeylər” və digər mövzulardan söhbət açılıb.

Tədbirdə Ulu Öndərin mövzularla bağlı çıxışlarının video lentləri də təqdim olundu. Mövzularla bağlı digər tədbir iştirakçıları da öz ürək sözləri və xatirələrini bölüşüblər.

Bədii hissədə Respublikanın Əməkdar artisti Təhmiraz Şirinov, tarzən Mehman Mikayılov və kamança ifaçısı Cahandar Mikayılovun müşayiəti ilə çıxış edərək xalq mahnı və təsniflərlə, ən başlıcası Ulu Öndərin sevdiyi mahnılarla tədbir iştirakçılarına öz töhfələrini veriblər.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs kollektivinin çıxışı da xüsusi qəğbətlə qarşılandı.
“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir Ulu Öndərin xatirəsinə ithaf olunan musiqisi Kamala, sözləri ilsə Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə