Yeni il hədiyyələri doğurdanmı təhlükəlidir? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ
"Nəzərə alsaq ki, artıq Yeni İl gəlir və hədiyyələr paketlənərək satışı artır. Bu hədiyyələrin əksəriyyətinin içərisinə vaxtı keçmiş şirniyyatlar qoyulur. Bu təbii ki yolverilməz haldır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, valideynlərə səslənirik ki, özləri evdə ən sağlam variantda hədiyyə hazırlasınlar: "Bura müəyyən şəkərparələr, kurabiyələr və şirniyyatlar daxildir. Bir qutuya bunları yığıb hədiyyə formasında hazırlamaq daha məqsədəuyğundur".
Ağa Salamov sözlərinə belə davam edib: "Marketlərdən aldığımız hədiyyələrdə çox vaxt qutunu açan kimi vaxtı keçmiş məhsullarla üzləşirik. Bu da uşaqlarda zəhərlənmə hallarına qədər gətirib çıxarır. Çünki saxlanma şəraiti düzgün olmayan şirniyyatlar kif salır, dadında və rəngində dəyişikliklər əmələ gəlir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB