Müğənni Sevda Yahyayeva sosial şəbəkədə yeni fotolarını yayımlayıb. SİA-nın məlumatına görə, şəkillərdə ifaçı ilə yanaşı həyat yoldaşı Zakir Bayramov, aparıcılar Afaq Gəncəli və Zemfira Adıgözəlova olub.

İfaçının "İnstagram" səhifəsində paylaşdığı fotolar izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Belə ki, izləyicilər onun geyimini çox bəyəniblər. Yahyayevanın bluzunun, ətəyinin, çantasının qiyməti və markası ilə maraqlanıblar.

Bəlli olub ki, Sevdanın geyindiyi ətək və bluzu "MAX&Co" markasına aiddir. Sənətçinin ətəyi 368, bluzu 183 manat dəyərindədir.

Müğənninin "FENDI" markasına məxsus olan çantası isə 3970 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə