Aygün Kazımovanın 2206 manatlıq pencəyi FOTOLAR

Xalq artisti Aygün Kazımova obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. Sənətçi fotolarını avtomobildə lentə aldırıb.

Onun şəkillərdəki geyimi də diqqətlərdən yan qaçmayıb. Hər zaman dəbli paltarlara üstünlük verən Xalq artisti bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Kazımova çəhrayı rəngli pencək geyinib.

O, sözügedən şəkilləri sosial media hesabında yayımlayıb. Onun bu paylaşımı müzakirələrə səbəb olub. İzləyicilər onun geyiminin qiyməti və markası ilə maraqlanıblar.

Bəlli olub ki, Aygünün pencəyi "THE ATTICO" markasına aiddir. Qiyməti isə 2206 manatdır.

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə