Azərbaycanlı müğənninin 300 manatlıq dırnağı VİDEO

Müğənni Lətifə Soyuöz verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı maraqlı anlar yaşanıb. Belə ki, verilişdə qonaq olan Əməkdar artist Gövhər Rzayeva ilə şairə Nazilə Səfərlinin diqqətini sənətçinin olduqca uzun dırnaqları cəlb edib. Məşhur xanımlar Lətifənin həmin dırnaqla ev işlərini görə bildiyini soruşublar. Onlar eyni zamanda ifaçıdan uzun dırnaqlarının ərsəyə gəlməsi üçün xərclədiyi pulun miqdarını soruşublar.

Soyuözün şairə ilə qarmon ifaçısına cavabı hər kəsi təəcübləndirib: "Bu uzun dırnaqlar mənə çox rahatdır. Ev işləri görürəm. Amma yemək bişirmirəm. Yeməyi ev işlərində mənə kömək edən xanım hazırlayır.

O ki qaldı dırnaqlarımın ərsəyə gəlməsi üçün xərclədiyim pula, əslində, demək istəmirəm. Amma deyəcəm. Belə ki, bu uzun dırnaqlara sahib olmaq üçün ustama 300 manat ödəyirəm. Mən əlimin səliqəli görünməsi üçün hər şey edərəm".

Verilişdən olan videonu təqdim edirik:

https://www.instagram.com/tv/COLlbdClMlV/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə