Çəhrayıya "bürünən" Günay: "Özün kimi olmaq ən böyük fərqindir!" FOTOLAR

Müğənni Günay İbrahimli obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, ifaçı yeni şəkillər çəkdirib. O, fotokamera önündə pozlar verib.

İbrahimlinin şəkillərdə geyimi diqqətləri cəlb edib. Hər zaman digər həmkarlarından dəbli geyinən sənətçi bu dəfə ənənəsinə sadiq qalıb. Belə ki, o, çəhrayı rəngli üst geyimi ilə cins şalvarı və fərqli aksesuarları uyğunlaşdırıb.

Günay həmin geyim tərzində verilişlərin birində qonaq olub. O, proqramdan olan fotoları sosial media hesabında yayımlayıb və bu sözləri əlavə edib: "Özün kimi olmaq ən böyük fərqindir!"

Həmin fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə