“Geyimlərimi özüm seçirəm, heç bir stilistlə məsləhətləşmirəm" FOTOLAR + VİDEO

Müğənni Şəbnəm Tovuzlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı geyimlərindən bəhs edib: “Evimdə bir otağı qarderob etmişəm. Verilişlərə, toylara gedəndə geyimlərimi özüm seçirəm. Stilistlə işləmirəm. Paltarlarımın arasında hər zaman seçim etmək mənə çox çətin olur, qərarsızam”.

O, həmkarlarının onun haqqında xoşagəlməz sözlər deməsinə də münasibət bildirib: “Bir çox müğənnilər var ki, efirlərdə, saytlarda, sosial şəbəkələrdə məni tənqid və təhqir edirlər. Ancaq mən o şəxslərə əhəmiyyət vermirəm. Çünki mən heç kimin ağzını yuma bilmərəm. Məni bəyənən və bəyənməyənlərin olması normal haldır.
Onu da qeyd edim ki, haqqımda deyirlər ki, “Şəbnəmin səsi yoxdur”. Bu fikirlə qətiyyən razılaşmıram. Çünki mən bir çox verilişlərdə canlı mahnı ifa etmişəm. Eyni zamanda muğam təhsili almışam”.

Bütün xəbərlər Facebook səhifəmizdə