Jennifer Lopezin libası və ayaqqabısı neçiyədir? FOTOLAR

Dünyaca məşhur müğənni Jennifer Lopez "İnstagram" səhifəsində yeni fotolarını yayımlayıb. SİA-nın məlumatına görə, onun fotolardakı libası və ayaqqabısı göz oxşayıb. İzləyicilər sənətçinin paltarının və ayaqqabısının qiyməti, markası ilə maraqlanıblar.

Araşdırmamız zamanı bəlli olub ki, Jennifer Lopezin libası "Bao Tranchi" markasına aiddir. Qiyməti 900 dollar, təxminən 1530 manatdır. Ayaqqabısı isə "Jimmy Choo" markasına məxsusdur. Qiyməti 895 dollar, təxminən 1521 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə