Türkiyəli müğənni Hadisə sosial şəbəkələrdə aktiv olan sənətçilər sırasındadır. SİA-nın məlumatına görə, ifaçı bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, o, "İnstagram" səhifəsində yeni şəkillərini yayımlayıb. Onun fotolardakı paltarı və ayaqqabısı izləyicilərin diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri sənətçinin libasının və ayaqqabısının qiyməti, markası ilə maraqlanıblar.

Araşdırmamız zamanı bəlli olub ki, Hadisənin paltarı "GUCCI" markasına aiddir. Qiyməti 3890 dollar, təxminən 6613 manatdır. Ayaqqabısı isə "Gianvito Rossi" markasına məxsusdur. Qiyməti 1360 dollar, təxminən 2312 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə