Kəmalə: "Qadınlar sağlam cəmiyyətin təməl daşlarıdır" FOTOLAR

Aparıcı-aktrisa Kəmalə Piriyeva fotokamera önünə keçib. SİA-nın məlumatına görə, o, kamera önündə gözəlliyini nümayiş etdirib. Kəmalənin fotolardakı ağ rəngli libası da diqqətlərdən yayınmayıb.

O, həmin şəkilləri sosial şəbəkədə yayımlayıb. Piriyeva paylaşımına bu sözləri yazaraq, qadınları müdafiə edib: "Hər bir qadın gözəl, baxımlı, gülərüz olmalıdır deməyəcəm, mütləq deyil. Qadının mütləq təhsilli olmalıdır. Qadınlar sağlam cəmiyyətin təməl daşlarıdırlar. Təməl nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər inkişaf edər, irəli gedər. Bunun üçünsə qadın savadlı, xoşbəxt və azad olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə