Aynişanın ikinci gəlinliyində yeni FOTOLARI

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın paytaxt restoranların birində qız toyu olub. SİA-nın məlumatına görə, məclisdə Aynişan iki dəfə gəlinliyini dəyişib. Qız toyu olmasına baxmayaraq, paltarların hər ikisi ağ və sinə dekolteli olması ilə seçilib.

O, toyundan olan ikinci gəlinliyinin yeni şəkillərini sosial media hesabında yayımlayıb.

Qeyd edək ki, fitnes məşqçisi Kənan Əliyevlə ailə quran Aynişanın oğlan toyu 3 gündən sonra olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə