Hakan Akkayanın moda dəfiləsində nələr yaşandı? FOTOLAR

Hakan Akkaya bu il ikinci dəfə İstanbul dəri və moda dəfiləsinin açılışını edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dəfilədə 400 paltar nümayiş olunub.

Çağla Şikel İstanbul Konqres Mərkəzində gerçəkləşən tədbirin baş modeli olub. Bir-birindən iddialı libaslarla podiumda gəzən Şıkel gözəlliyi ilə nəfəs kəsib.

Gecənin sürpriz qonağı Tuba Ünsal olub. Ünsal, gecədə səhnəyə çıxaraq yeni mahnısını səsləndirib.

Hakan Akkaya dəfilənin bağlanışını kilolu modellər olan Su Alandağlı və Melek Kaçan ilə edib.

Dəfiləni Ayşe San, Aydan Şener, Ayşe Kazancı, Berfin Uluman, Bengü, Cansen Yeni, Derya Uluğ, Emel Yıldırım, Hande Acar, Ivana Sert, Jülide Ateş, Oylum Talu kimi məşhurlar izləyib.

Tədbirdən sonra Hakan Akkaya və Çağla Şıkel jurnalistlərə açıqlama verib: “Möhtəşəm işə imza atdıq. Fevral ayında New York moda dəfiləsində yenidən bir arada olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə