Hadisənin bahalı libası və çəkmələri FOTOLAR

Bildiyiniz kimi, müğənni Hadisə "O səs Türkiyə" yarışmasında münsif kürsüsündə əyləşir. SİA-nın məlumatına görə, ifaçının proqramadakı geyimi müzakirələrə səbəb olub.

İzləyicilər onun libasının, botlarının qiyməti və markası ilə maraqlanıblar.

Araşdırmamız zamanı bəlli olub ki, Hadisənin libası və botları "Fendi" markasına aiddir. Libasının qiyməti 2890 dollar, təxminən 4913 manatdır. Çəkmələrinin qiyməti isə 1490 dollar, təxminən 2533 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə