Erməni xislətində “dost”, yaxud “ERMƏNİNİN DOSTU” – TƏHLİL

Erməni xislətində “dost”, yaxud “ERMƏNİNİN DOSTU” – TƏHLİL

İranın ermənipərəst mövqeindən ruhlanan ermənilər son zamanlar ruslara bunu nümunə çəkirlər. Məhz İranın erməni sevgisi barədə Rusiyaya xatırlatma etməyi fürsət sayan ermənilər ruslara indi təhlükəsizliyi necə təmin etmək dərsi keçmək arzusuna düşüblər. Onilliklər, hətta əsrlər boyu haylara arxa, dayaq olan ruslara ermənilərin belə münasibət sərgiləməsi əslində, xəyanətkarlıqla yanaşı, İran dövlətinə yaltaqlanmaq, bu ölkədən imdad ummaqdır ki, bu da erməni xislətinin çılpaq nümunəsidir, hansıki bu “nümunəni” də iranlı diplomatlar nümayişkaranə şəkildə dost adlandırırlar.

Uzun illər, onilliklər boyunca istər təhlükəsizlik məsələləri, istər mövcudluğunun təminatı, istərsə də hərhansı sahə olur-olsun, Rusiya Ermənistanı himayəsi altında saxlayıb və bunu ermənilər yaxşı bilir və etiraf da edirlər. İndi təhlükəsizliklərinin guya təminatı mənasında ruslara məhz iranlıları misal çəkmələri də sübut edir ki, ermənilər özlərinin müdafiə olunmasını Rusiyadan hər zaman umublar və elə bu müdafiəyə arxalanaraq Azərbacana qarşı çıxmağa cəsarət ediblər. Hər dəfə də bir bəşəri cinayət, yaxud da, ən azında təxribat törədəndə, ümid ediblər ki, ruslar Ermənistan dövlətinin və bu dövlətin silahlı dəstələrinin, terrorçularının, təxribatçılarının təhlükəsizliyini təmin edəcək, onlar da öz işğalçılıq siyasətini davam etdirəcəklər. Ermənilər zənn edirdilər ki, ruslar sonsuza qədər onları müdafiə edəcək və onlar da bundan istifadə edərək torpaqlarını genişləndirəcəklər. Hətta buna o qədər əmin olublar ki, xalq kimi özünü sırıyan kiçik bir köçəri tayfa regionda ikinci dövlət qurmaq barədə xam xəyallara da düşüb və Qarabağa olan iddialarında bütün dünya bunu gördü.

Təbii ki, Rusiyanın artıq Ermənistanı öz qanadları altına götürməsi, müdafiə etməsi, dəstəkləməsi mümkün deyil, hansıki erməniləri də qıcıqlandıran budur, amma regionda reallıqlar dəyişib və Azərbaycanın yaratdığı reallıqlar fonunda başqa cür ola da bilməz. Əvvəla, gec də olsa Rusiya ən dəyərli, güclü, qüdrətli tərəf olaraq Azərbaycanı gördü və əməkdaşlıqlarında da maraqlı olduğunu həm anladı, həm də qəbul etdi, çünki ölkəmizlə əlaqələr ruslar üçün əhəmiyyət kəsb etdiyi anlaşıldı. Digər tərəfdən Azərbaycan güclü, qüdrətli dövlətə çevrildiyini, öz haqlarını, hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini özü öz hesabına qorumaq iqtidarında, əzmində olduğunu isbatladı və 44 gün ərzində bunu nəinki ermənilər və ruslar, eləcə də bütün dünya gördü. Ən nəhayət, ruslar gördülər ki, ermənilər öz torpaqlarını genişləndirmək üçün onlardan istifadə edirlər və əvəzində də onlara verəcək heç nələri yoxdur. Deməli, sonsuza qədər onları müdafiə etməkdən, “erməninin dostu” olmaqdan ruslar vaz keçdilər və bunu başa düşən ermənilər indi yeni müdafiəçi, “dost” axtarışına çıxıblar. Tələlərinə də İranın keçdiyi qənaətindədirlər, amma yaxın zamanda bu ümidlərindən də əlləri üzüləcək. Ona görə ki, erməni xislətinin nədən ibarət olduğunu, Ermənistanın qonşu dövlətlərə yalnız istifadə etmək üçün yanaşdığını İran da tez bir zamanda anlayacaq, eyni ilə Rusiya kimi.

Hansısa dövlətin “kölgəsinə” sığınmaq, həmin dövlətdən istifadə etmək ermənilərin genetik kodlaşmasıdır desək belə yanılmarıq, çünki tarixə nəzər saldıqda buna, bu qənaətimizə tam əmin oluruq. Hətta tarixin müəyyən dövrlərində ermənilərin özlərinə arxa bildikləri, arxalandıqları dövlət zəiflədiyi zaman həmin dövlətə xəyanət edərək, onilliklər boyu yararlandıqları yaxşılıqları tapdalayaraq düşmən tərəfə keçdikləri də təkzibedilməz faktlardır. Osmanlının himayəsində bir müddət özlərinə sığınacaq tapan haylar həmin dövlət zəiflədiyi zaman Rusiyaya üz tutmadılarmı və türkləri rüslara satmadılarmı? Ötən əsrin ortalarında, 41-45-ci illər arası olan müharibənin gedişi zamanı faşistlərin güclü olduğunu zənn edib ermənilərin əksəriyyəti onlara tərəf keçmədilərmi? Qələbəni keçmiş Sovet İttifaqı qazanacağını başa düşdükləri zaman dərhal mövqelərini bir də dəyişmədilərmi və 70 il “kölgəsinə” sığındıqları rusları, Rusiyanı indi də Qərbə satmadılarmı? Belə bir xislətə sahib olan və xalq adlandırılan köçərilər İran dövlətini satmazmı? Əlbəttə ki, satar, çünki erməni xisləti bunu tələb edir və xain xislətdən nə desən gözləmək olar. Erməni xislətində olandan dost olmaz və Qərb, xüsusən ABŞ istənilən zaman İrana qarşı çıxsa, indi özlərini iranlılara “dost” və “qardaş” kimi göstərən ermənilər onları dərhal nəinki satacaqlar, düz amerikalıların ayaqları altına atacaqlar və bu qarşıdurma da istənilən an gözlənilir, çünki Amerika-İran münasibətləri heç də öz axarında deyil, hətta kəskin şəkildə pisdir. Deməli, İran özü erməni xislətindən çəkinməlidir, əks halda, iranlılar özləri kürəklərindən “dost” zərbəsi alacaqlar. Yəni, İran ilk növbədə erməni xislətini bilməli idi, amma hər bir halda bunu bilməyə və bununla qarşılaşıb acısını çəkməyə bir növ məhkumdur. Çünki İran özü Ermənistana bu şansı verməkdədir və həmin şansı verənlərin aqibətindən görünür ki, dərs ala bilməyib. Bir sözlə, erməni xislətinin nələrə qadir olması barədə İran kifayət qədər məlumatlı deyilmiş və bu xislətə sahib toplumu “dost” adlandırmaq ən böyük düşmən qazanmaqdır.

Rəsmi Tehran indi erməni sevgisini ortaya qoyaraq, sərhədlərin guya dəyişdirilməsinə imkan verməyəcəyini bəyan edir və ermənilər də bu dəfə bundan ruhlanmaq istəyirlər, eyni ilə Nensi Pelosinin dediklərindən “ruhlandıqları” kimi, hansıki sonra gördülər ki, Pelosi xalalarının dedikləri boş sözdən başqa bir şey deyilmiş. Əvvəla, istər İran olsun, istərsə də başqası, Azərbaycanın işinə qarışmaq səlahiyyətində deyil. Əgər ABŞ kimi bir ölkədən gələn Nensi qarının dediklərinin ardınca ermənilər heç nəyin dəyişmədiyini görərək, onun qarşısına gül-çiçəklə çıxıb ayaqları altına sərilmələrinə peşiman oldularsa, deməli bu dəfə də həm ermənilər özləri peşiman olacaqlar, həm də iranlılar. Çünki ölkəmizin sərhəd məsələsinə qarışmaq səlahiyyəti nə İrana verilib, nə də bir başqa dövlətə və Ermənistandan fərqli olaraq, Azərbaycan öz müqəddəratını, öz yolunu özü təyin edən suveren, müstəqil dövlətdir. Bu suveren, müstəqil dövlətin erməni xislətinə sahib, yaxud ona tay olan “dosta” ehtiyacı yoxdur, Azərbaycan, dini bir, dili bir, adət-ənənəsi bir, tarixi kökləri eyni qardaş ölkə olan Türkiyə ilə müttəfiqlik, dostluq edir. Bunu da nəinki Ermənistan, heç İran da həzm edə bilmir, üstəlik Qərb də. Fakt və reallıq isə ondan ibarətdir ki, Azərbacan-Türkiyə tandemi dünya üçün örnəyə çevrilib, çünki birliyinin gücü, qüdrəti göz önündədir, hansıki iğtişaşlar içərisində çaş-baş qalan, dünyanın hədəfində olan İranla, yaxud da rəzalət halında olan Ermənistanla müqaisəyə belə gəlməz.

“Dost dosta tən gərək, tən olmasa gen gərək”, zərb məsəlində deyildiyi kimi, erməni xislətinə tən, tay olanlar bu xislət sahibləri ilə dost ola bilərlər. Olsunlar. Nə qədər istəyirlər o qədər olsunlar. Onsuz da belə dost ermənidən başqa kimsəyə lazım deyil. Özünü müsəlman, dövlətini İslam dövləti kimi dünyaya tanıtmaq istəyənlər müsəlman məscidlərində donuz saxlayanlara qardaş deyirlərsə, dost deyirlərsə, qoy elə “erməninin dostu” da olsunlar. Erməni xislətində “dost” qazanmaq, yaxud erməninin dostu olmaq “şərəfinə” yiyələnsinlər, eyni ilə, taylı tayını tapdığı kimi...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə