Ermənilərin törətdikləri VƏHŞİLİKLƏRƏ SON QOYULMALIDIR – TƏHLİL
Dinc əhaliyə qarşı cinayətlər törətmək, vandallıq, vəhşilik etmək, təxribatlara imza atmaq erməni xislətini göstərir və ermənilərin hələ də belə mənfur əməllərə əl atması bəşəriyyət üçün nə yenilik, nə də sirr deyil. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, qondarma "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçiriblər və bir-birinin ardınca dəhşətli cinayətlərə əl atıblar.
Qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini dırnaqarası "milli mübarizə" yolu adlandıran ermənilər terroru, soyqırımı, vandallığı, vəhşiliyi dövlət səviyyəsində həyata keçiriblər və bu, hazırkı dövrə qədər Ermənistanın dövlət siyasəti hesab olunub. Xalqımıza qarşı erməni millətçilərinin apardığı soyqırım və təcavüz siyasətinin düz iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bununla da bizə məxsus olan həmin ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu qondarma "Böyük Ermənistan" dövləti qurmaqdır. Elə bu məqsədlə də dəfələrlə, özü də mərhələlərlə terror və soyqırım siyasəti aparıblar. Aparılan terror və soyqırım siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara bulud kimi, kabus kimi bürüyüb və onların törətdikləri Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb.
Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir və bu heç də təsadüfi deyil, çünki bu təqvim son yüz ildə Azərbaycan tarixində erməni millətçilərinin törətdikləri faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Məhz həmin tarixdə erməni şovinistlərinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atması ötən əsrin, XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab edilir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin törətdikləri bu soyqırımın əsl hüquqi-siyasi qiyməti verildi və mart hadisələrinin 80-ci ildönümündə, daha dəqiq desək, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu.
Ermənilərin vandalizmini, vəhşiliyini, soyqırım siyasəti yürütməsini, qanlı cinayətlərə imza atmasını isbat edən tarixi faktlar yetərincədir və bu faktlar bütün bəşəriyyətə bəllidir. Bəllidir ki, XIX əsrin ikinci yarısından başlayaraq, ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti təşkilatlanmış və planlı şəkildə olub. O da məlumdur ki, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində qondarma "Böyük Ermənistan" dövləti qurmaq xülyasına düşən ermənilər 1887-ci ildə Cenevrədə qurulan "Qnçaq", 1890-cı ildə Tiflisdə yaradılan "Daşnaksütyun", 1895-ci ildə Nyu-Yorkda təşkilatlanan "Erməni Vətənpərvərləri İttifaqı" kimi öz siyasi-terror təşkilatlarını məhz bu istiqamətə, həmin məkrli planı, soyqırım siyasətini həyata keçirməyə yönəltmişdilər. Tarixi faktlar təsdiq edir ki, sadalanan həmin təşkilatların fəaliyyət proqramlarında məhz azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək əsas yer tutub və həmin aksiyalarda onların rolu yetərincə olub.
Tarixə nəzərə salsaq görürük ki, erməni terrorunu, erməni vandalizmini, vəhşiliyini, soyqırımlarını, qanunsuz əməllərini sübut edən faktlar həddindən artıqdır. Hələ 1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı yaranan qarışıqlıqdan da ermənilər istifadə etdilər və fürsətdən istifadə edərək, Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda 75 azərbaycanlı kəndini talan etdilər, kütləvi qırğınlar törətdilər. Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi də 1915-ci ilin əvvəlində Osmanlı dövlətinə qarşı müharibəyə və türklərin kütləvi qırğınlarına başladı. Osmanlı dövləti bununla əlaqədar olaraq, erməni əhalisinin həmin ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi və İrəvan quberniyasına, Qarabağa və Zəngəzura Türkiyə ərazisindən köçən erməni hərbi dəstələri Rusiya ordusuna arxalanaraq, əvvəlcə Naxçıvanda və İrəvanda, sonra isə Qarabağda, eləcə də Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı qanlı cinayətlər törətməyə başladılar. Bunun ardınca da, 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə divan tutdu. Yaranmış şəraitdən istifadə edən ermənilər 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndini dağıtdılar, bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyətini qətlə yetirdilər. 1918-ci il martın 30-da isə səhər tezdən erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən top atəşinə tutdular, sonra da silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Xatırladaq ki, martın 30-u, 31-i və aprelin 1-i olmaqla, üç gün ərzində Bakıda dinc əhali, 30 min insan erməni-bolşevik birləşmələri tərəfindən qətlə yetirildi. Martın 30-dan aprelin 2-dək davam edən erməni vəhşiliyinin fonunda ermənilər tərəfindən Şamaxı qəzasının 53 müsəlman kəndində 8 027 azərbaycanlı qətlə yetirildi, Quba qəzasında 162 kənd darmadağın edilərək, 16 mindən çox insanın həyatına son qoyuldu, Lənkəranda, Muğanda minlərlə azərbaycanlı öldürüldü, Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdıldı, Şuşada görünməmiş qırğınlar törədildi. Şaumyanın rəhbərlik etdiyi erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını ələ keçirərək mənimsədilər, müsəlmanların bir çox ziyarətgahlarını dağıtdılar, mədəniyyət abidələrinə zərər vurdular. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini top atəşinə tutdular, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə" binasına od vurdular və bununla da təsdiq etdilər ki, onlar bütün bəşəriyyət üçün qara yaradırlar, çünki maddi-mədəniyyət abidələri bütün bəşəriyyətə məxsusdur.
Ötən əsrin sonlarında yenə də fürsət tapan, Sovet imperiyasının dağılması ilə yaranan qarışıqlıqlardan sui istifadə edən erməni millətçiləri öz iç üzlərini bir də ortaya qoydular, Azərbaycan ərazilərini ilhaq etmək niyyətlərini açıq şəkildə göstərdilər və ardınca da hər şeyə, hətta qanlı cinayətlərə, qətliamlara, soyqırıma belə əl atdılar. Ümumiyyətlə, artıq Azərbaycanın qələbəsi, ölkəmizin 44 gün ərzində qazandığı Zəfər sayəsində keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi adı altında Ermənistanın 1987-1988-ci illərdən başlayaraq tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə, dinc əhalinin, xüsusən azərbaycanlıların qətliamına hədəflənmişdi. Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror aktlarının başlıca hədəfi də, təcavüzkar separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdi. Azərbaycan ərazilərinin ilhaqı məqsədilə terrorizmi və separatizmi özünə başlıca vasitə seçən, hətta terrorizmi, separatizmi dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda yüzlərlə terror aktı törədiblər ki, bu aktların izləri Ermənistana, eləcə də Qarabağ separatçılarına gedib çıxır və bunun nəticəsində də minlərlə dinc əhali həyatından məhrum olub. Onların törətdikləri terror aktları nəticəsində dinc əhali arasında həlak olanların böyük əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edir, hansı ki, bunun adı vəhşilikdir.
Ermənilər Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə 1992-ci ilin 26 fevralında misli görünməyən divan tutdu, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxlu sayda dinc Azərbaycan vətəndaşının, azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsı ilə nəticələndi. Bu hadisə heç də təsadüfi baş vermədi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsi, Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi hesab olunur. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti genosid, yəni Xocalı soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyuldu, 487 nəfər şikəst oldu, 1 275 dinc sakin girov götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırımı aktı ilə bəzi ailələrin bir nəfəri belə sağ qalmadı, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, girov götürülənlərə amansız işgəncə verildi və həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli zəmində insanların məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu bir daha sübut edir.
Dinc əhaliyə qarşı ermənilərin vəhşiliyi, vandallığı ötən əsrdə baş verən hadisələrlə bitmədi və hətta XXI əsrin əvvəllərində bunun bir də təkrarlandığını bütün dünya müşahidə etdi. Sərhəd zonasında durmadan atəşkəsi pozaraq təxribatlara rəvac verən Ermənistan, 2020-ci ildə Tovuz hadisələrinə, genişmiqyaslı təxribatlara əl atdı və bunun nəticəsində şəhid olanlar, yaralananlar oldu. Bunun ardınca isə ermənilərin təxribatları davam etdirmək cəhdlərinə, növbəti təxribatçı hərəkətlərinə cavab olaraq, Azərbaycan antiterror əməliyyatlarına başlamalı oldu və 44 günlük müharibə ermənilərin vəziyyəti öz xeyirlərinə dəyişmək arzularına son qoydu, çünki məntiqi nəticə olan rüsvayçı məğlubiyyətlə qarşılaşdılar. Məsələ burasındadır ki, Ermənistan tərəfi beynəlxalq hüququ hər zaman hesaba almadığı kimi, müharibə zamanı da saya salmadı və müharibə cinayətlərinə əl atdı. Faşizmin belə etmədiyi əməllərə əl atan ermənilər dinc əhalini hədəfə aldı, istifadəsi qadağan olunmuş silahlardan istifadə etdi. Gəncə, Tərtər hadisələri ermənilərin belə çirkin əməllərinin, dinc əhaliyə qarşı vəhşiliyinin nümunəsi kimi yaddan çıxan deyil. Döyüş meydanında müqavimət göstərə bilməyən, qaçıb aradan çıxan, Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən ermənilər yenə də namərdcəsinə dinc əhalini hədəfə alaraq, öz silahlarını, özü də qadağan edilmiş silahlarını mülki əhalinin məskunlaşdığı şəhərlərə, yaşayış binalarına tuşladılar. Nəticədə isə, arasında qadınlar, qocalar və azyaşlılar olmaqla bir çox insanın qətlinə səbəb oldular və bunun da bütün dünya şahidi oldu. Xarici ölkələrdən olan nümayəndələr, məhz ermənilərin müharibə cinayətlərini, dinc əhaliyə qarşı vəhşilik törətdiyini Gəncədə, Tərtərdə olduqları zaman dəfələrlə öz gözləri ilə gördülər, ermənilərin xislətinə, simasızlığına, vandallığına bir daha əmin oldular.
Müharibə sona çatsa da, məğlubiyyətlərini kapitulyasiya sənədini imzalamaqla, rəsmi şəkildə qəbul etsələr də, rüsvayçı və aciz duruma düşsələr də, ermənilər öz mənfur əməllərindən, cinayətlərdən, təxribatlardan əl çəkmədilər və belə görünür ki, əl çəkmək fikrində də deyillər. Sülh müqaviləsinin imzalanması gözlənildiyi halda, buna hazırlaşmaq əvəzinə, ermənilər yenə də təxribatlar törətməyə, cinayətlərə əl atmağa, qanunsuz əməllərə rəvac verməyə davam edirlər. Hətta 44 günlük müharibədən sonra da təxribat törədən ermənilər bunun acı nəticələrini dadsalar da, Qisas əməliyyatı ilə yerlərində oturdulsalar da, yenə də xislətlərindən əl çəkmirlər və bir-birinin ardınca təxribat törədirlər. İşğal etdikləri ərazilərdən çıxmaq məcburiyyətində qalan ermənilərin bu zamana qədər yaşadıqları əraziləri minalamaları, həmin yerləri yandırmaları yetməzmiş kimi, hələ bir həmin əraziləri vaxtaşırı atəşə tutmaları da onların simasızlıqlarını, dinc əhaliyə qarşı amansızlıqlarını sübut edən faktlardır. Son günlər, daha dəqiq desək 12 sentyabr tarixində ermənilərin sərhəd zonasında yenidən təxribatlar törətməsi nəticəsində yenə də həlak olanlar var. Hətta kənd təsərrüfatı ilə məşğul olan insanların belə erməni cinayətlərinə görə zərər çəkdiyi, həlak olduğu, yaralandığı fktları da danılmazdır, hansıki bunlara son qoyulmalıdır. Sülhsevər ölkə olan Azərbaycan bununla bağlı öz təkliflərini irəli sürüb, təxribatların, cinayətlərin dayandırılmasını tələb edib və təbii ki, Ermənistan bu kimi cinayət ənəllərinə, təxribatlara davam etsə bilməlidir ki, dəfələrlə başlarına endirilən dəmir yumruq da öz yerindədir.
Maraqlıdır, dünya dövlətləri, ələlxüsus beynəlxalq təşkilatlar hələ də erməniləri öz çirkin niyyətlərindən, cinayət əməllərindən çəkindirə bilmir. Görünür, hələ də əlalətsiz mövqe nümayiş etdirilməsi davam edir. Əlbəttə ki, ermənilərin 1988-ci ildən etibarən davam edən mənfur siyasətinin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə kənarda yerləşən Azərbaycanın yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın həlak olması, yaralanması ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada "ikili standartlar"ın mövcudluğu ciddi narahatlıq doğurur. Məsələ burasındadır ki, dünya dövlətləri erməni terrorunu öz daxillərində də görüblər. 1983-cü ilin iyun ayında Parisin Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktı buna cəmi bircə nümunədir, halbuki belə faktlar olduqca çoxdur. Bu fakları 1981-ci ildə Türkiyənin Romadakı səfirinə Melkonyanın sui-qəsd etməsi ilə davam etdirə bilərik, amma bunlar belə ermənilərin bütün dünyada terrorçi kimi tanınmaları üçün kifayət edir. Görəsən, niyə bu qanunsuzluğa, terrorçuluğa, vandallığa, vəhşiliyə qarşı çıxmır özünü dünyanın demokratik ölkəsi, insan azadlıqlarının müdafiəçisi kimi göstərən dövlətlər? Nəyə görə aeroportda terror törədən terrorçu Qarabedyan 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olundu və Ermənistanda rəsmi sığınacaq tapdı? Bəs, Melkonyan niyə 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana göndərildi? Terror fəaliyyətini davam etdirmək üçünmü?
Sözsüz ki, erməni vandallığı, vəhşiliyi bütün dünyada qınanılmalı, bütün dünya bununla mübarizə aparmalıdır. İstər beynəlxaq təşkilatlar, istərsə də dünyanın inkişaf etmiş, fövqəl dövlətləri bu mənfur siyasətə, əməllərə qarşı olmalıdırlar. Çünki ermənilərin hətta Azərbaycanda belə dinc insanlara qarşı törətdiyi cinayətlər bütün insanlığa qarşı cinayət sayılır. Elə ona görə də bu cinayətlər bütün bəşəriyyəti narahat etməlidir və dünya dövlətləri, beynəlxalq təşkilatlar bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər. Qanunsuzluqlarına, törətdiyi, törətməkdə də davam etdiyi cinayətlərə görə ən azından Ermənistana sanksiyalar tətbiq edilə bilərdi, necə ki, bunu öz mənafeləri naminə bəzi ölkələr, bəzi beynəlxalq təşkilatlar Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvaya qarşı hələ də tətbiq edirlər.
Hər bir halda, yəni dünya ermənilərin qanunsuzluqlarına, cinayət əməllərinə nə reaksiya verməsindən asılı olmayaraq, əvvəla, Azərbaycan öz sözünü deyir, tələblərini də irəli sürür. Digər tərəfdən də, ermənilərin necə bir xislətə sahib olduqları, eləcə də bu zamana qədər törətdikləri yaddaşlardan silinməməlidir, silinməz də. Hətta gələcək nəsillər erməni məkri barədə xəbərdar edilməli, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatlandırılmalı ki, ayıq-sayıqlıq ruhunda tərbiyə olunsun. "Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir", deyən Ulu Öndər Heydər Əliyev də məhz bunu bizə tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB