"Bu, pozitif bir addımdır" - DEPUTAT AÇIQLADI

"Bu, pozitif bir addımdır" - DEPUTAT AÇIQLADI

"Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara, Ermənistan tərəfinə itkin düşmüş 4 mindən çox soydaşlarımız barəsində məsələ qaldırıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dəfələrlə Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistandan itkinlərlə bağlı məlumat verməsini tələb edib: "Birinci Qarabağ müharibəsindən itkin düşmüş və bugünə kimi taleyinə aydınlıq gətirilməyən 4 minə yaxın soydaşımız haqqında Ermənistan tərəfindən heç bir məlumat verilməyib. Bununla bağlı dəfələrlə ən yüksək səviyyədə Ermənistana məlumatların Azərbaycana tərəfinə təhvil verilməsi çatdırılıb. Ermənistan ilk vaxtlarda bunu təkzib edirdi. Çox təəssüflər olsun ki, bu günə qədər də beynəlxalq hüquq bununla bağlı Ermənistana heç bir təzyiq göstərməyib. Bununla bağlı Ermənistanla bağlı heç bir ölçü götürülməyib. Düşünürəm ki, 30 avqust tarixinin beynəlxalq itkinlər günün müəyyən edilməsi pozitif bir addımdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə