Moldova KİV-ləri: Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
Moldovanın nüfuzlu KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Noi”, “Publika”, “Primele Stiri” və digər xəbər portallarında rumın və rus dillərində çap olunan məqalələrdə avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması qeyd olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB