“Paşinyan uğursuz diplomatik manevr edir” AÇIQLAMA

“Paşinyan uğursuz diplomatik manevr edir” AÇIQLAMA

“Paşinyan bu günə qədər Təhlükəsizlik Şurasında Azərbaycanla sülh danışıqlarına başlanılması barədə fikirlər səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev də Moskvada görüşdə bildirdi ki, “biz çox arzu edirik ki, Ermənistan tərəfi götürdüyü öhdəlikləri yerinə yetirsin”. Nikol Paşinyan hər dəfə bir söz deyir, ancaq fərqli mövqe nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Teymur Qasımlı bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna müharibəsi gedir və bu müharibənin Ermənistana da təsiri var: “Son zamanlar işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağ ərazisində əsgərlərimizin yer dəyişməsi və digər strateji məntəqələrdə söz sahibi olmasına Paşinyan narazılıq ifadə edib. Bununla o, uğursuz diplomatik manevr edir. Sülh danışıqları o zaman olacaq ki, Ermənistan tərəfi və Rusiya üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. Bundan sonra sülh müqaviləsi olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə