Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri cənab Əli Əlizadənin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı təbrik mesajı göndərib. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən SİA-ya məlumat verilib.
Təbrik mesajında deyilir:
12 mart 1992-ci il tarixi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası tarixinə əlamətdar gün kimi, iki ölkə arasında diplomatik əlaqələrin yaradılması günü kimi daxil olub və bu il, biz bu tarixin 30-cu ildönümünü qeyd edirik.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasını ilk tanıyan ölkələr sırasında olan İran İslam Respublikası ilə əlaqələrimiz bu 30 il ərzində möhkəmlənmiş və inkişaf etmişdir. Azərbaycan Respublikası Prezidentinin vurğuladğı kimi əsrlər boyu tarixi, mədəni, mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlarımızın ürəyi həmişə bir döyünmüş və ortaq bağlarımız əlaqələrimizi daha da dərinləşdirmişdir.
Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra tarixi Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırmış və möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə Azərbaycan Respublikasının xüsusi önəm verdiyini bildirmişdir.
Bu 30 il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən İran İslam Respublikası da ölkəmizlə əlaqələrə xüsusi önəm vermiş vəAzərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. İran İslam Respublikasının Preidenti cənab Seyid İbrahim Rəisinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və dövlət sərhədlərinə nəzarətinin təmin olunması münasibətilə Azərbaycan Respublikasının Prezidentini təbrik etməsi Azərbaycan xalqı və dövləti tərəfindən məmnunluqla qarşılanmışdır.
İki ölkə Prezidentlərinin ötən ilin noyabr ayında səmimi görüşü və iki ölkə arasında əməkdaşlığın daha da artırılmasına dair qərarlarımünasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına öz tövhəsini vermişdir. Hazırda iki ölkə arasında mövcüd olan Dövlət Komissiyasının, parlamentlərarası dostluq qruplarının, müxtəlif sahələrdə birgə işçi qruplarının səmərəli fəaliyyəti davam edir və qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, humanitar, nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın gündən-günə genişlənməsi və iki ölkə arasında ticarət dövriyyəsinin artması da əlaqələrimizin doğru istiqamətdə olmasından xəbər verir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə yaranmış yeni imkanlar, iki ölkənin 3+3 və digər regional formatlarda, eləcə də müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığı əlaqələrimizn möhkəmlənməsinə təkan verən amillərdəndir.
İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlan Azərbaycan-İran münasibətləri bundan sonra da yüksələn templə inkişaf edəcək,qarşılıqlı səmərəli əməkdaşlığımız regionda davamlı sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 30 illik yubileyi münasibətilə hər iki ölkənin dövlət rəsmilərini və əziz xalqlarını ürəkdən təbrik edir, hər iki ölkəyə daim sülh və tərəqqi arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB