Bir separatçıların təhdidləri qalmışdı... TƏRS BAXIŞ+ÖZƏL

Və ya erməni quldurlarının sonları nə vaxtdır?

Məlum olduğu kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ ərazilərindəki separatçı-quldur qalıqları indi də beynəlxalq hüquq səviyyəsində tanınan və işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “işğal altındakı artsax əraziləri” kimi təqdim edir, üstəlik, Birinci Qarabağ müharibəsi zamanı işğalçılardan təmizlənmiş rayon və kəndlərimizi də buraya əlavə ediblər. Bu barədə ötən yazımızda çıxış etmişdik:

https://sia.az/az/news/articles/931239.html

Söz yox ki, sözügedən yığnağın saxta “parlamentinin” hansı tonda və necə hürməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma başqa tərəfdən barmağımız da tətikdən kənara çəkilməməlidir. Təbii ki, barmaqlar tətikdədir, tətikdə də olmalıdır zatən və biz bunu Baş Prokurorluğun İstindaq İdarəsinin rəsmi bəyanatından da gördük:

https://sia.az/az/news/politics/931172.html

Daha dəqiq desək, sözügedən bəyanatda separatçıların baş quldurları Araik Arutyunyanın qısa zamanda saxlanılaraq Azərbaycan məhkəməsi qarşısında mühakimə olunacağı barədə vəd verildi. Əlbəttə, bu yaxşı xəbərdir və eyni zamanda, hər bir azərbaycanlının ürəkdən istədiyi bir vəddir, özü də onun reallaşmasını səbirsizliklə gözləyir! Bu da öz yerində. Amma...

Amma gəlin görək, bu məlumatdan sonra həyasızlaşmağa, hətta qudurmağa davam edən separatçılar guya öz təbirlərincə bizə - Azərbaycan dövlətinə, dövlət rəhbərliyinə və xalqına hansı təhdidləri irəli sürürlər?

Hə, bu kimi hallarda bir çoxları mövzu ilə bağlı fikirlərini açııqlayarkən deyirlər ki, əşşi, qoy hürsünlər da, onlar yalnız hürməyi bacarırlar və s. Amma məncə belə deyil və belə məsələlərə adekvat, daha sərt, daha möhkəm və zərbə xarakterli, özü də yalnız bəyanat xarakterli deyil, həm də fiziki cavablar verilməidir, separatçı köpəklərin ağızlarına ömürlük ağızlıq vurulmalıdır, həm də onlar yuvalarına qədər qovulmalıdırlar! Axı İTİ QOVAN kimi ifadəsi elə-belə işlədilməyib!

Hələ bu harasıdır?

Beləliklə, separatçı ünsürlər Azərbaycanın Baş Prokurorluğunun məlum bəyanatından sonra hürərək bildiriblər ki, sən demə Araik Arutyunyan “artsaxın subyektlik simvoluymuş” və Azərbaycanın istənilən təsiri ölçüyəgəlməz zorakılığa gətirib-çıxaracaq (?!) Bunu ermənilərin military_am teleqram kanalı yazır.

Hələ bu harasıdır? Separatçıların digər həyasızlıqlarına diqqət yetirək. SİTAT: “Artsax” yollarında hər azərbaycanlının hədəfə çevrilməsinə zəmanət verilir. Hər kəs hədəfə çevriləcək...”

Bu ünsürlər göründüyü kimi, Azərbaycan topğaında Azərbaycan vətəndaşlarına qarşı təhdid dili ilə danışmaları ilə yanaşı, Rusiyanı və digər ölkələri də heçə sayırlar. SİTAT: “Azərbaycan tərəfindən “işğal olunmuş ərazilərdə” (cümlə içərisindəki dırnaqlar bizimdir-R.R.) bu dalğanı nə Rusiya, nə də başqa ölkələr dayandıra bilməz. Bizə Azərbaycanın birinci şəxslərinin “artsaxın işğal olunmuş ərazilərində” hərəkət etdikləri bütün marşrutları məlumdur. Ona görə də azərbaycanlılar “artsax prezidentinin” həbsi ilə bağlı xəyallara dalmamışdan əvvəl düşünməlidirlər”.

İnanırıq və ümid edirik ki, isnitaq və kəşfiyyat orqanlarımız bu ləyaqətsiz və mənfur separatçıların həmin sərsəmləmələrini də diqqətdə saxlamaqdadırlar.

Separatçı-quldur rejimi əhalini atəş hazırlığıına cəlb edir!

Bu gün isə məlum olub ki, separatçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə yaşayan erməniləri atəş hazırlığına cəlb etməyə başlayıblar. Bu barədə isə Birinci Qarabağ müharibəsində dinc azərbaycanlıların qanlarını axıtmış erməni cəlladı, hazırda separatçı-quldur rejimin “təhlükəsizlik şurasının katibi” kimi qələmə verilən Vitali Balasanyan hürüb. Onun sözlərinə görə, atəş hazırlığı müddəti 2022-ci ilin fevral-may aylarını əhatə edəcəkmiş...

Bütün bu fakktlar isə qeydə alınır və qeydə alınması ilə yanaşı, quldurların birdəfəlik məhv edilməsinə geniş şəraitlər yaratmış olur. Hətta Rusiya sülhməramlı kontingentinin harada, necə fəaliyyət göstərmələrindən asılı olmayaraq artıq əməli addımların atılmasına ciddi (!) zərurətlər yaranııb. Bu imkandan isə maksimum yararlanmaq və düşmən tör-töküntüləri ilə birdəfəlik qurtarmaq, necə deyərlər, işi bitirmək lazımdır. Hələ də gec deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə