Keçinin buynuzu qaşınır, qarşıdan isə yaz gəlir... KÖŞƏ YAZISI
Məlum olduğu kimi, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti nəzarətləri altındakı Qarabağ bölgələrində qalan separatçı tör-töküntüləri növbəti təxribatçı addım atmağa hazırlaşırlar. Onlar bu dəfə beynəlxalq aləmin Azərbaycanın birmənalı olaraq əraziləri kimi tanıdığı və 44 günlük müharibə zamanı erməni işğalından azad edilən torpaqlarımızla bağlı sərsəm “qanun layihəsini” qəbul etməyə hazırlaşır. Söz yox ki, tanınmayan qondarma qurumun qəbul elədiyi hər hansı bir “qərarın” hüquqi qüvvəyə minməsi ümumiyyətlə, mümkün deyil. Lakin bununla yanaşı, bənzər təxribatçı əməllərin davamlı xarakter alması artıq bizim ictimai rəyimizdə “bıçağın sümüyə dirənməsi” kimi də qiymətləndirilə bilər. Yəni fakt budur ki, separatçı tör-töküntüləri heç də öz bəd, qan qoxusu gələn niyyətlərindən geri çəkilmək fikrində-filanında deyillər və buna görə də yaradılan problemlərin, məhz güc yolu ilə həll olunması mümkünlüyü get-gedə artır.
Yeri gəlmişkən, daha bir fakt budur ki, artıq Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında dərin uçurumlar yaranmağa başlayıb. Hətta ara-sıra erməni ictimai rəyində Qarabağan imtina xarakterli fikirlər də eşidilir. O cümlədən, bənzər olaylar Ermənistanın hakim strukturlarında da müşahidə edilməkdədir. Misal üçün, SİA xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Ermənistan hakimiyyəti qeyd edilən “layihənin” qəbul olunmaması üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu fikir həm də məqalənin sərlövhəsinə də çıxarılıb. SİTAT: “Belə bir məlumatlar var ki, Ermənistan hakimiyyəti Azərbaycandan göstərilə biləcək neqativ reaksiya səbəbindən müzakirəni iflasa uğratmaq üçün bütün imkanlarından istifadə edir. Lakin bizim Qarabağdakı mənbələrimiz bəyan edirlər ki, bu prosesdən imtina etməyəcəklər və “parlament qanun layihəsini” qəbul edəcək (dırnaqlar bizimdir-R.)
Sözügedən “qanun layihəsində” isə gülünc və sözün əsl mənasında, sərsəm iddialar yer alıb. Belə ki, guya Qarabağın işğaldan azad olunmuş bölgələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər və təşkilatlar erməni tərəfinin icazəsi olmadan (?) investisiya proqramlarında iştirak edərlərsə, onların bu addımı gələcəkdə həmin şirkətlər “kompensasiya” almalarında problemlərlə üzləşəcəkmişlər. Yəni fakt budur ki, separatçı yığnağının sözügedən “layihələri” həm də ona “əsaslandırılır” ki, sən demə, nə zamanda separatçılar tərəfindən başladılacaq “növbəti müharibədə” (?) işğaldan azad edilmiş Azərbaycan torpaqlarında xarici şirkətlər tərəfindən inşa edilən sosial və s. infrastrukturlar dağıdılarsa, ermənilər qalib gələcəkləri halda” həmin şirkətlərə “kompensasiya” ödəməyəcəklərmiş. Bu da azmış kimi, separatçılar həmin ərazilərin adlarını da çəkiblər – Laçın, Goranboy, Xocavənd, Ağdərə, Hadrut, Şuşa, Əsgəran, Göy-göl. Yəni bu, ac toyuğun yuxusunda darı görməsinin real mənzərəsidir!
Beləliklə, kifayət qədər gülünc və sözün əsl mənasında, axmaq iddia yalnız belə məxluqlara aid ola bilər. Çünki dünyanın heç bir ölkəsində bənzər “düşüncəli” məxluqlarmı deyək, yaradıqlarmı deyək, yoxdur və ola da bilməz...
Burada isə atalarımızın daha bir misalını xatırlatmalıyıq – keçinin buynuzu qaşınanda onu çobanın çomağına sürtər. Yəni keçinin buynuzu qaşınmağa davam edərsə, əvvəl-axır qırılmalıdır. Qarşıdan isə yaz gəlir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB