Jan-İv Lö Drianın Azərbaycanla bağlı əsassız, qərəzli çıxışı siyasi fahişəlikdir

Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyəti bildirir ki, burjua ideologiyasının zərərli, aciz, səmərəsiz və qızışdırıcı olduğu özünü hər addımda sübut edir. Fransanın siyasi rəhbərliyinin ermənipərəstliyi onların riyakar əməllərinin təsdiqidir. Kapitalist dünyasının hakimlərindən biri sayılan Fransa hökumətinin təmsilçiləri ölkələrində yaşayan ermənilərin seçkilərdə səsini almaq üçün respublikamızın ərazi bütövlüyünə, onun müstəqilliyinə qarşı düşmənçilik mövqeyindən əl çəkmirlər. Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyəti hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan Fransanın beynəlxalq hüquq normalarını kobud pozan, qanunsuz Azərbaycan ərazisinə gizli gələrək ölkəmizin sərhəddini pozan, cinayət tərkibli əməlləri törədən Fransalı Nazirin və prezidentliyə namizəd Valeri Pekresin bu qərəzli addımları yerli və beynəlxalq səviyyədə qınanmalı və qəti şəkildə pislənilməli olduğu halda, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian əsassız, qərəzli və meşşancasına bəyanatla yanvarın 18-də Fransa parlamentində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirməsi siyasi fahişəlikdir. Valeri Pekres Qarabağa səfərini əsaslandıraraq oradakı xristianları qorumaq məqsədi ilə etdiyini bildirib. Təəssüf edirik ki, xarici işlər naziri başqa dövləti təhqir və şantaj edən Respublikaçılar Partiyasının sədri Erik Siottinə də cavab verməyib, əksinə, deputatlara Azərbaycanı və onun Prezidentini tənqid etməyə geniş şərait yaradıb.

Azərbaycan müstəqil olmağa, azadlığa layiqdir və bunun üçün hər gün döyüşə hazır olduqlarını əməli işlərində göstərdi. Azərbaycanın hərb yolu ilə erməni işğalından 44 günə azad etdiyi ərazilərinin Fransa elitasının istəyinin əksinə olduğunu bilən və görən Azərbaycan kommunistləri Azərbaycan dövlətinin Azərbaycanın bütövlüyünü təmin edən xüsusi proqramını müdafiə edir və onun yerinə yetirilməsində iştirakını bildiririk!
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Fransanın siyasi rəhbərliyini respublikamızın ərazi bütövlüyünə qərəzli yanaşmasını pisləyirik və onlardan Azərbaycanın ərazi bütövlüyünə hörmət etmələrini tələb edirik!

Hacı Hacıyev,
Azərbaycan KP MİK sədri

Bütün xəbərlər Facebook səhifəmizdə