YAP Ucar rayon təşkilatının fəalları şəhid Orxan İsmayılovun məzarını ziyarət ediblər

YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva bir qrup fəallarla - rayon Gənclər və İdman İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin, rayon Tarix və Diyarşünaslıq Muzeyinin və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi və kollektivin üzvləri 23 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərinin Səbail rayonunda səfərbərliyə alınmış, 02 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuş, 04 oktyabr 2020-ci ildə rayonun Məlikballı kənd qəbiristanlığında dəfn edilmiş İsmayılov Orxan Zöhrab oğlunun doğum günü münasibətilə məzarını ziyarət etmiş, məzarı önünə tər çiçəklər düzülmüş, ruhuna dualar oxunmuşdur.

Daha sonra şəhidin ailə üzvləri ilə görüş keçirilib. Həmçinin, Məlikballı kənd qəbiristanlığında uyuyan Birinci Qarabağ müharibəsində şəhid olmuş Hacıyev Cavid Muğdət oğlunun, Məmmədov Cəsarət Sırac oğlunun, Rüstəmov Nəsimi Rüstəm oğlunun və Xəlilov Arif Həmdiyyə oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

Orxan İsmayılovun ailəsi Bakı şəhərində yaşayır. Ailəli idi. Vətənə əmanət iki oğlu var.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə