Macarıstan portalında Azərbaycan barədə məqalə dərc edilib

Macarıstanın https://dailynewshungary.com xəbər portalında "Ermənistan–Azərbaycan müharibəsi macar gözü ilə” sərlövhəli məqalə dərc olunub.

SİA-nın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, məqalənin müəllifi komitənin “Diaspor gəncləri 1+1” layihəsinin Macarıstandan olan iştirakçısı Andraş Baloqdur.

Müəllif qeyd edib ki, Qərb mətbuatında Qarabağ münaqişəsini tez-tez xristian-müsəlman müharibəsi kimi qələmə verirlər. Lakin bu, tamamilə həqiqətəuyğun deyil. Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınıb.

Məqalədə Ermənistanın Qarabağı işğal etməsi, 44 günlük Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, azad olunmuş torpaqlarda aparılan yenidənqurma və abadlıq işləri, Füzuli Beynəlxalq Hava Limanının qısa müddət ərzində tikilib istifadəyə verilməsi, Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq əlaqələri, rəsmi Budapeştin müharibə vaxtı ölkəmizi dəstəkləməsi, 2019-cu ildən Macarıstan paytaxtında Azərbaycan Evinin açılması və sair barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...