“Dəqiq xəritələrin verəcəyini gözləməyə dəyməz” - HƏRBİ EKSPERT AÇIQLADI
Ermənistanın əlində olan dəqiq xəritələri Azərbaycana verəcəyini gözləməyə dəyməz. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbin ekspertin sözlərinə görə, çünki, əvvəlki təcrübə də göstərir ki, Ermənistanın hərbçilərinin tərtib etdiyi xəritələr ya bilərəkdən saxtalaşdırılıb, ya da Ermənistanın mühəndis qoşunlarında doğru-dürüst xəritələri tərtib edəcək hərbçilər mövcud deyil.
“Verilən xəritələrin dəqiqlik faizi gözlənilən 50 faizin də altındadır. Odur ki, biz vətəndaş olaraq aidiyyatı qurumların tövsiyyələrinə əməl etməliyik, qətiyyən qadağan olunmuş ərazilərə daxil olmamalıyıq. Bu elə də qısa və rahat proses deyil. Ola bilsin ki, proses bundan sonra bir neçə il də davam edəcək. Odur ki, diqqətli olmalı, qadağan olunmuş ərazilərə daxil olmamalı, marşrutlardan kənara çıxmamalı və minatəmizləmə ilə məşğul olan strukturlarımızın və ANAMA-nın fəaliyyətlərinə maneçilik törətməməliyik. Çünki, hər bir minaya düşən şəxsin həmin ərazidən çıxarılması demək olar ki, bütün güc strukturlarının və minatəmizləyənlərin fəaliyyətlərini tamamilə iflic edir. İnsanlar normal fəaliyyətlərini qoyub, həmin o minaya düşən şəxsin çıxarılması, həmin ərazinin daha əvvəlcədən təmizlənməsi və həmin şəxsin ərazidən çıxarılması üçün kifayət qədər böyük zaman və enerji sərf edirlər. Bu isə minatəmizləmə və ərazilərin təmizlənməsi prosesini ümumilikdə ləngidir”, deyə politoloq Ədalət Berdiyeb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB