“Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə”

Tüekiyədə, paytaxt Ankarada “Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə” kitabının təqdimat mərasimi keçirilib
“Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə”

Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğuna, Azərbaycan-Türkiyə əbədi qardaşlığına həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda: Azərbaycan-Türkiyə” kitabının təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, mərasimdə rəsmi şəxslər, Azərbaycandan və Türkiyədən olan deputatlar, elm adamları, KİV təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər təqdim olunan kitab haqqında, eləcə də tarixi köklərə bağlı olan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun və Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın rəyi ilə hazırlanan kitabın redaktoru isə Türkiyə Böyük Millət Məclisinin deputatı Öznur Çalıkdır.

Nəşr Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb.

Məlahət İbrahimqızı bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin sarsılmaz dostluğu haqqında daha çox kitab və əsərlər yazıla bilər.

İbrahimqızı Azərbaycan türkcəsində yazılmış kitabla bağlı,

"Bugünkü görüşün məqsədi sadəcə kitab təbliğatı deyil, babalarımızın əsrlər boyu arzuladığı qardaşlığın gerçəkləşdiyi günün təcəssümüdür. Bu dostluğun bəhrəsi olmalı idi. Azərbaycan torpaqlarının 30 ildən sonra işğaldan azad edildiyi zəfər dostluğumuz, qardaşlığımızla qazanıldı.

Ərdoğanın sarsılmaz dostluğu olmasaydı, bu olmayacaqdı. Bu kitabın baş qəhrəmanları Azərbaycan və Türkiyə prezidentləridir. Şuşa ilə bu dostluğu zirvəyə çatdırdılar. İki liderin məqsədi Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlığı əbədi olaraq ayrılmaz hala gətirməkdir.

Gələcəkdəki könül coğrafiyamızdakı türk xalqlarının daha ürəkdən birləşdirmək məqsədi güdürlər. Bu gün biz bunun şahidi olduq. Tanrı onları qorusun. Allah iki liderimizi türk dünyasından əskik etməsin” deyib.

Kitaba Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən başlayaraq davam edən ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” daxil edilib

Bütün xəbərlər Facebook səhifəmizdə