Emerging Europe Ermənistanın çıxılmaz vəziyyətndən yazdı ANALİTİK
“Paşinyan özünün qərbyönümlü baxışları ilə tanınır və dəfələrlə Rusiyaya tərəf reveranslar edib”
İyun ayında Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri Qarabağ müharibəsindən sonra ağır vəziyyətə düşmüş ölkəni siyasi böhrandan xilas edə bilmədi. Rusiyanın iştirakı ilə atəşkəsin əldə edilməsi nəinki Ermənistanın məğlubiyyətini sübut etdi, həm də güclü böhranın yaranmasına səbəb oldu, hakimiyyəti destabilliyə gətirdi, siyasi fikir ayrılıqlarını gücləndirdi və daha çox ölkədəki siyasi qütbləşməni güclənədirdi.
Bu o demək deyil ki, ictimaiyyət Paşinyana etimad edir
SİA xəbər verir ki, mövzu ilə bağlı Emerging Europe nüfuzlu xəbər nəşri "Ermənistan: qeyri-sabitlik və qeyri-müəyyənlik" başlıqlı məqaləsində yazır.

Qeyd olunur ki, mövcud administrasiyaya qarşı iki siyasi partiya çıxır və onlar atəşkəsin əldə olunmasına etiraz edirlər. Onlara görə müharibənin dayandırılması baş nazir Nikol Paşinyanın mövqeyini şübhə altında qoyub. Bu partiyaların təmsilçiləri Paşinyanı xəyanətdə, ölkəni satmaqda ittiham edərək nümayişlər vaxtı onun istefasını tələb ediblər. Lakin Ermənistanın hərbi məğlubiyyətə rəğmən, Paşinyan parlamentə keçirilən iyun seçkilərində qalib olur. Lakin bu o demək deyil ki, ictimaiyyət Paşinyana etimad edir, onlar daha çox Robert Koçaryanla Serj Sarqsyanın idarəçilikləri vaxtı düşdükləri vəziyyətlərini xatırlayırlar.
SİTAT: “Koçaryanın “Ermənistan” blokunun rəhbəri olaraq parlament seçkilərində ikinci yeri tutması ölkə daxilindəki siyasi hadisələri növbəti qütbləşməyə doğru gətirib-çıxardı. Bu xaosdan çıxmaq üçün yolların axtarılması yerinə həm hakim “Vətəndaş sazişi” partiyası, həm də “Ermənistan” bloku bir-birlərini ittiham etməyə başladılar. Belə ki, Paşinyanın tərəfdarları bütün günahları keçmiş prezident Koçaryanın üzərinə atırlarsa və Ermənistanın mövcud vəziyyətə gəlib-çıxmasında, Azərbaycanla müharibədə uduzmasına səbəb olmasında ittiham edirlərsə, Koçaryanın tərəfdarları məğlubiyyəti Paşinyanı düşüncəsizliyi ilə əlaqələndirirlər. Başqa sözlə, Paşinyan və Koçaryan bir-birlərini real və potensial çatışmazlıqlarda, hərəkətlərdə ittiham etmələri ilə ölkəni xaoslu vəziyyətə doğru gətirib-çıxmasında əsas səbəbkar kimi görürlər”.
İqtisadi geriləmə əhalisinin dəhşətli yoxsulluq həddinə düşməsinə səbəb olub
Emerging Europe yazır ki, müharibədən sonra Ermənistan koronavirus pandemiyası və iqtisadi tənəzzül daxil olmaqla həll olunmamış problemlərdən əziyyət çəkməkdə davam edir. Qeyd olunur ki, Ermənistandakı daxili siyasəti “sıfır həcmli oyun” prinsipi ilə şərh etmək olar. Belə ki, hətta təhlükəsizliyə yaranmış təhlükələrin mövcud olduğu bir zamanda siyasi oyunçular arasındakı didişmələr səngimir. Nəşr həmçinin qeyd edir ki, pandemiya və böyük iqtiadi geriləmə effektsizlik şəraitini ölkədəki siyasi qeyri-sabitliyi daha da genişlənir. SİTAT: “Dünya bankının məlumatına görə koronavirus pandemiyası və Qarabağ müharibəsi Ermənistanın iqtisadi artımını dayandırıb və bu da iqtisadiyyatın 7,4% düşməsinə gətirib-çıxarıb. Bu, eyni zamanda və xüsusilə şəhər əhalisinin dəhşətli yoxsulluq həddinə düşməsinə səbəb olub”.
“İctimai narazılıqları dərk edən Ermənistan hökuməti kütləvi informasiya vasitələrini və həssas siyasi məsələlərlə bağlı ictimai diskursu nəzarətə götürməyə cəhd edir. Ermənistanın konstitusiya məhkəməsi oktyabrın 9-da bu il qəbul edilmiş “ictimai xadimi təhqir etməyə görə” müəyyən edilən cərimə cəzası miqdarının artırılması təklifini dəstəkləyib. Qanun faktiki olaraq antihökumət və fərqli fikir səsləndirənlərə qarşı basqını artıran, qeyri-demokratik hökumətlərin qəbul etdiyi qərarları qəbul edir. Hansı ki, 2018-ci ilin “məxməri inqilabı” zamanı erməni xalqı demokratik ölkədə yaşayacaqlarını xəyal edirdilər”, deyə adıçəkilən Avropa nəşri yazır.
Məqalədə o da xatırladılır ki, Paşinyan özünün qərbyönümlü baxışları ilə tanınır və dəfələrlə Rusiyaya tərəf reveranslar edib. Lakin atəşkəsin əldə olunması ilə bağlı Bəyanatın imzalanması Rusiyanı Ermənistanın “xilaskarı” kimi təqdim edir. SİTAT: “Yüz il əvvəl Ermənistanda sovet hakimiyyəti qurulduğu ərəfələrdə ermənilərin ilk baş naziri olmuş daşnak Ovanes Kacaznuni deyirdi: “Dövlətçiliyimizin ilk günlərindən biz yaxşı bilirdik ki, balaca, yoxsul, qeyri-müəyyən və təcrid edilmiş Ermənistan kimi ölkə həqiqi olaraq müstəqil və muxtar ola bilməz... Biz bolşeviklərə minnətdar olmalıyıq. Onlar bizi devirməklə bizi xilas etdilər, bizi ümidverici yola çıxardılar...”. Yüz il keçdikdən sonra erməni siyasi düşüncəsi əhəmiyyətli dərəcədə “köməksiz ölkə” kimi görünür. Müasir siyasi xadimlər Rusiyanı müttəfiq olaraq görürlər. Ən yeganə istisna “Milli-demokratik qütb” oldu (bu adla hazırda “Sasna srer” millətçi qruplaşması çıxış edir) ki, Ermənistanı dağılmaq vəziyyətinə gətirməsinə görə Rusiyanı ittiham etdi. İyunda keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə görə bu partiya 2% səs topladı”, Emerging Europe nəşri məqaləsini yekunlaşdırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB