Ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır - MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirib. Nazirlikdən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə