Mirzoyanın xəstəliyi, Lavrovun eyhamı, Bakının səbri... SİYASİ RAKURS+ÖZƏL
Rusiyada olan Ermənistanın yeni XİN rəhbəri Ararat Mirzoyan Rusiyadan olan həmkarı Sergey Lavrovla görüşündə deyib:
“Hazırkı mərhələdə sülh razılaşmasıı ilə bağlı heç bir danışıqlar aparılmır. Əgər nə vaxtsa danışıqlar aparılacaqsa, onda Dağlıq Qarabağın statusu məsələsi mütləq Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş əsaslarla aparılmalıdır”.
Rusiya XİN başçısı Lavrov isə ehtiyatla və taktiki şəkildə eyham vurub ki, yaxşı olardı Azərbaycan xoşməramlı addıma getməklə erməni diversantlarını Ermənistana geri versin...
Lavrovun “nə şiş yansın, nə kabab” xarakterli ifadəsi
Lakin Lavrov növbəti dəfə vurğulayıb ki, bu duversantların noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanata heç bir aidiyyatları yoxdur. Belə ki, erməni diversantları həmin bəyanatdan sonra Azərbaycanın ərazisində silahlı müqavimət göstərməyə çalışaraq kirli təxribatçılıq əməllərini reallaşdırmaq istəyiblər. Yəni Lavrov ikibaşlı fikir irəli sürərək, “nə şiş yansın, nə kabab” ifadəsi əsasında eyham vurub və bu baxımdan da deyib ki, ermənilərin Azərbaycanın üçtərəfli bəyanatdakı 8-ci bəndə əməl etməməsi iddiaları əbəsdir. Ona görə də ermənilər çox da “zad” eləməsinlər...
Bu kimi psixlər ayrı dildə danışmağı qanmırlar, anlamırlar
Qayıdaq Ararat Mirzoyanın bəyanatına və bu dəfə belə bir nəticəyə gələk ki, Ermənistan sanki bir manyak, yaxud özünə əzab verməyi sevən psix xarakterindədir və növbəti dəfə Azərbaycanın təpikləri altında qalaraq bundan həzz almaq arzusundadır. Artıq dəfələrlə sübuta yetirilib ki, bu kimi psixlər ayrı dildə danışmağı qanmırlar, anlamırlar.
Baxın, Ararat Mirzoyan əvvəlki XİN rəhbərlərindən fərqli olmayaraq status barədə hürür, üstəlik Azərbaycanın Ermənistanın suverenliyini pozduğunu (?!) iddia edir. Beləliklə, Ermənistan hakimiyyətinin diaqnozu eynidir: pasient ümidsiz ölüdür. Onunla hər hansı danışıqlar aparmaq isə ümumiyyətlə mənasızdır.
Ən sadə çıxış yolu!
Sadəcə, ya sülhməramlıların qalma müddətini gözləmək, yaxud da onları üçtərəfli bəyanat əsasında 6 ay əvvəldən xəbərdar edib, birtərəfli şəkildə ərazilərimizi duz-çörəklə, üzüsulu qaydada tərk etməyə, evlərinə geri dönməyə dəvət etmək lazımdır.
Və ən əsası, Qarabağda antiterror əməliyyatlarına başlamaqla problemi kökündən həll etmək olar. Hətta rus sülhməramlıları burada ola-ola da. Məsələn, sual edilə bilər ki, necə olur, qanunsuz erməni silahlı birləşmələri rusların burunlarının dibindən bizə atəş açır, təxribatlar törədirlər, həbrçimizi əsir götürüb mühakimə edirlər, biz isə haqqımız, hüququmuz ola-ola düşmənin yerdə qalan hissəsinin başını ilan başı kimi əzib-sona çatdırmırıq?! Çünki bu, ən sadə çıxış yoludur!
Düzdür, bunu etməməklə daha çətin variantları, vasitələri də icra etmək mümkündür. Misal üçün, Rusiya sülhməram(sız)larının məsul olduqları ərazilərə iqtisadi təsirlər göstərib, təzyiqləri artırmaq. Hələlik, Azərbaycan səbrlə, təmkinlə ikinci variantı tətbiq edir.
Rövşən RƏSULOV
P.S.Yeri gəlmişkən, separatçı xunta rejimi artıq bir həftədən çoxdur ki, ruhi xəstə olan hərbçimizi Rusiya sülhməram(sız)larının məsul olduqları bölgədə saxlayır, mühakimə edir və s. Ruslar isə həmin situasiyanı müşahdə edirlər, niyə əcəba? Beləliklə, bütün bunlar əlbəttə ki, cənab Müzəffər Ali Baş Komandanımızın da vurğuladığı kimi - Bakı tərəfindən qeydə alınır və tezliklə də cavab veriləcək, TEZLİKLƏ!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB