Prezident İlham Əliyev: “Bu gün Azərbaycan region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir”
2020-ci ilin dünya ölkələri üçün çətin və mürəkkəb olmasına baxmayaraq, Azərbaycanın tarixinə silinməz izlərlə həkk olundu. 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı.
Bu qələbə ilə itirilmiş milli-mənəvi dəyərlərimizə və tarixi-dini abidələrimizə bir daha sahib çıxdıq. Lakin, qələbənin əldə edilməsi heç də asan olmadı. Bunun arxasında Azərbaycanın son 18 il ərzində regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı. Bu siyasətin uğurla həyata keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Şanlı qələbənin və 18 illik siyasi təcrübənin uğurlu nəticəsinin, məhz 2020-ci ildə əldə olunmasını nəzərə alaraq, bir sıra tarixi məqamları xatırlamaq məqsədəuyğun olardı.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə, son 18 ildə özünü dəfələrlə isbatlayıb. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Çünki dövlət başçımızın sözü ilə imzası birdir: “Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.
“Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb”
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bildirmişdir ki, indi vəziyyət dəyişib: “İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb”, - deyən dövlət başçısı bildirib ki, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir: “Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq”.
Prezident İlham Əliyev qeyd edib ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.
“Bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir”,-deyən Prezident İlham Əliyev bildirib ki, artıq işlərə başlanılıb: ”Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var”.
“Əraziləri yenidən qurmaq üçün güclü imkanlarımız var”
Prezident İlham Əliyev bu gün Azərbaycanın düşmənlərin dağıtdığını qurmağa güclü imkanların olduğunu deyib və bildirib ki, öz öhdəliklərinə sadiqdir: “Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq”.
Azərbaycanın tarixinə silinməz izlərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı.
Lakin, qələbənin əldə edilməsi heç də asan olmamışdır. Bunun arxasında Azərbaycanın son 18 il ərzində regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı. Bu siyasətin uğurla həyata keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Şanlı qələbənin və 18 illik siyasi təcrübənin uğurlu nəticəsinin, məhz 2020-ci ildə əldə olunmasını nəzərə alaraq, bir sıra tarixi məqamları xatırlamaq məqsədəuyğun olardı.
30 illik həsrətə 44 gündə son qoymaq – Xalqın öz Prezitetinə inam və etmadıdır
Qələbənin əsas səbəblərindən biri Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevə olan böyük etimad və inamın nəticəsi idi. Münaqişənin bitməsinə və qələbə qazanılmasına 44 gün bəs etdisə, dünyanın bu münaqişədə haqlı və işğala məruz qalan tərəf kimi, məhz Azərbaycanın olması faktını qəbul etməsinə 18 il vaxt lazım gəldi. Ölkə başçısı İlham Əliyev tərəfindən torpaqlarımızın işğaldan azad olunması strategiyası uğurla inkişaf etdirilirdi. Artıq Azərbaycanın dünyada təhlükəsizliyin təminatçısı qismində beynəlxalq münasibətlərin subyekti rolunda çıxış etməsi zərurətə çevrildi.
Qələbənin əldə edilməsi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın siyasi nüfuzu artmışdır. Azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb.
Ümumilikdə isə 2021-ci ildə Qarabağda infrastruktur layihələrin icrası və yenidən qurma işlərinin aparılması üçün Azərbaycanın dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdır. Görülən işlərin intensivliyini nəzərə alaraq, 2021-ci ilin sonuna kimi bu faktların və görüləcək işlərin ikiqat artacağını indidən proqnozlaşdırmaq olar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaqla, ümumilikdə Qafqazda regional güc mərkəzinə çevrilmişdir.
Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Və göründüyü kimi, qürurverici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB