Paşinyan yenə də çaşdı Putini Fransa Prezidenti adlandırdı

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Rusiya lideri Vladimir Putini Fransa Prezidenti adlandırıb. SİA RİA Novosti Agentliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, Paşinyanın belə çaşqın ifadələri dərhal sosial şəbəkələrdə geniş yayılıb.

Erməni baş nazir, Dağlıq Qarabağdakı münaqişə, xüsusən, üç atəşkəs razılaşması barədə danışıb və bu ifadəni deyib: “ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin 1 oktyabrda verdiyi açıqlamaya uyğun olaraq...".

Onun bu ifadələri artıq sosial şəbəkələrin erməni seqmentində sürətlə yayılıb.

Göründüyü kimi, erməni baş nazir Nikol Paşinyan üçün çaşmaq, sərsəmləmək adi hala çevrilib və onun belə çaşqınlıqlarının mütəmadi olaraq erməni cəmiyyəti, eləcə də bütün dünya şahidi olur. Hətta, səlahiyyətlilərin çoxu onun xəstə, yalançı olduğunu açıq şəkildə bəyan edirlər. Belə məlum olur artıq insanlar onun belə sərsəmləmələrinə, çaşmağına adət ediblər və sadəcə olaraq Nikol Paşinyan insanlar arasında lağ hədəfinə çevrilib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar Ermənistan tərəfinin təxribatları nəticəsində sentyabr ayının sonunda başlayıb. Döyüşlər ay yarım davam edib. Atəşkəsin dayandırılması üçün üç cəhd uğursuz olub, lakin 10 noyabr gecəsi, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dördüncü sənədi imzalayıblar, atəşin tamamilə dayandırılması və əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya sülhməramlıları təmas xətti və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca yerləşmişdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə