Saxlanması asan olan 6 akvarium balığı BUNLARDIR

Ev balığına qulluq və qidalandırma asan olduğu üçün üstünlük verilir. Lakin, bəzi hallarda bizi narahat edən nəticələrlə qarşılaşa bilərik. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu cür halların qarşısını almaq üçün uzun ömürlü akvarium balıqları saxlamaq daha məqsədəuyğundur. Az su dəyişməsinə ehtiyac duyan, uzun müddət davam edən və saxlanması asan 6 akvarium balığını təqdim edirik.

1. Zebra balığı - Zebra balığı ən azı 5 nəfərlik qrup halında yaşayaraq xoşbəxtdir. Onlar 19 litrlik kiçik akvariumlarda yaşaya bilərlər, lakin, rahatlığına görə bir az daha böyük bir akvarium seçə bilərsiniz. Bu balıqlar üçün 18-25 dərəcə bir istilik təmin etməli və bir filtr almalısınız.

2. Tetra balığı - Tetralar yeni başlayanlar üçün əla bir balıqdır. Canlı, rəngarəng və aktiv olduqları üçün onları izləmək çox əyləncəlidir. Kiçik olduğuna görə bir akvariuma kifayət qədər tetra yerləşir. Həmçinin, onlar, digər balıq növləri ilə də yaxşı münasibət qururlar. Tetralar üçün akvarium qızdırıcısı və filtr almalısınız. Bundan əlavə, tetralar bol bitki olan akvariumları daha çox sevir.

3. Gupi balığı - "Guppy" və ya "gupi" balığı çox yetişdirən balıqlardır. Buna görə də böyük bir balıq ailəsi istəmirsinizsə, eyni cinsli olanları seçin. Erkək balıqları canlı rəngləri və böyük üzgəcləri ilə dişilərdən ayırd edə bilərsiniz. Akvariumunuzda hər balığa 4 litr su və kifayət qədər yeriniz olduğundan əmin olun. Bu balıqlar 10-27 dərəcə istilikdə yaşaya bilər. Akvariumun suyunu həftədə bir dəfə dəyişdirməlisiniz.

4. Mələk (angel) balığı - Mələk balığı digərləri ilə birlikdə yaşamağı sevir. Uzunluğu 15 sm-ə çata bildikləri üçün 75 litrdən kiçik akvariumlarda saxlanılmamalıdır. Yetkin mələk balığı aqressiv ola biləcəyi üçün gənc və kiçik balıqları onlarla akvariumlara daxil etməyin.

5. Yapon balığı - Digər tropik balıqlardan fərqli olaraq, qızıl balıqların qızdırıcıya ehtiyacı yoxdur. Bilməlisiniz ki, qızıl balıq alarkən akvariumunuza başqa heç bir balıq növü qoya bilməzsiniz. Qızıl balıq olduqca böyüyə bilər. Nəticədə, yaxşı bir filtrə və ən az 75 litr akvariuma ehtiyacınız olacaq.

6. Ulduz balığı - Ulduz balığı akvariumun yan və alt hissəsindəki yosunlarla qidalanır. Beləliklə, akvariumlarınızı təmizləməyə kömək edirlər. Onlar özlərinə görə dinc balıqdırlar. Gizlənə biləcəkləri bir mağara varsa və ya sıx bir bitki örtüyünə sahib olduqları təqdirdə daha rahat hiss edirlər. Digər balıqların qalıqları ilə bəslənsələr də, pəhrizlərini artırmaq üçün zaman-zaman yosun verməlisiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə