Prezident İlham Əliyev: “Hamı bir nəfər kimi Ali Baş Komandanın və şücaətli Ordusunun arxasındadır! Qarabağ Azərbaycandır!”
Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazaraq Qələbə Paradını keçirir. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail oldu. Bu qələbə Prezidentimizin diplomatik siyasətinin, Güclü Ordumuzun və rəşadətlit əsgərlərimizin şücaəti nəticəsində əldə olunanq Qələbədir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Lakin hələ də Erimənistanın faşist xislətli küçə “demokratı” Nikol Paşinyan bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyeev cənablarının bütün beynəlxalq görüşlərdə verdiyi ibrət dərsdən bir nəticə çıxara bilməyib. Və sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, "Qarabağ Azərbaycandır və nida işarəsi”.
Ali Baş Komandanımız da bütün müsahibələrində, müraciətlərində, çıxışlarında deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik: “Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
Gözün aydın Azərbaycanımız, gözün aydın xalqım mənim, gözün aydın bütün türk xalqım! Budur, Xalq-İqtidar-Ordu Birliyi!
Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsidir. Çünki Güclü Ordu ilə Güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və sentyabrın 27-dən başlayaraq bu günə kimi, Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi - “dqr”nın separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, “qüdrətli və məğlubedilməz erməni ordusu”nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da yenə də Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi.
Dövlət başçımız dəfələrlə çıxışlarında vurğulayıb ki, bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir: “Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar”.
“Azərbaycan xalqı öz qəhrəman övladları ilə qürur duyur”
Azərbaycan Prezidenti onu da bildirib ki, dövlət həmişə sizin yanınızdadır: “Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq”.
Bax, budur xalq-iqtidar-ordu birliyi və bu birliyin təcəssümü qalibiyyətdir! Bu gün Azərbaycan Prezidentinin siyasəti qalib gəldi!. Çünki Azərbaycan haqq yolundadır və apardığı mübarizədə də qalib gələcək, tarixi ədaləti bərpa edəcək. Uğur olsun, Prezidentimiz, uğur olsun Ali Baş Komandanımız! Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq. Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Və əminliklə düşmənin müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacaq!
Bəli, 10 dekabr Paradı tariximizin ən parlaq səhifəsi olaraq qalacaqdir. Bu, haqqın-ədalətin, ərazi bütövlüyümüzün bərpa olunduğunun, 30 ilə yaxın torpaqlarımızın düşmən həsarətinə 44 gün ərzində apardığı Vətən Müharibəsinin Şanlı Qələbəsinin və üç rəngli Bayraqğımızın bütün dünyaya nümayiş edildiyi tarix və Meydandır! Qarabağ Azərbaycandır!!!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB