Azərbaycan nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir

Azərbaycan nümayəndə heyəti Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir
Mayın 11-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üçüncü iclası işə başlayıb. SİA-nın AzərTAc saytına istinadən verdiyi xəbərə görə, mayın 13-dək davam edəcək iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

SFBF Suveren Fondların beynəlxalq işçi qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilən iclasında yaradılıb və ilk rəsmi iclasını oktyabrın 8-9-da Bakıda keçirib. Könüllü qrup olan SFBF-in əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə