Erməni hərbi ekspertdən ETİRAF

Ermənilər danışıqlar prosesinin hər hansı bir uğurla nəticələnəcəyinə inanmadıqlarını bildirirlər. SİA xəbər verir ki, erməni hərbi eksperti Toron Ovannisyan da eyni fikri bölüşərək bildirib ki, Azərbaycan tərəfi va-banka gedərək, danışıqlar prosesindən və daha əvvəllər əldə edilmiş razılaşmalardan imtina edir.

“Hazırda mənim nəzərimcə, əsas rol ATƏT-in Minsk qrupunun həmsədrlərindədir, belə ki, sonuncular Azərbaycanı danışıqlar masasına dəvət edə bilərlər”, deyən erməni hərbi ekspertinə görə, başqa tərəfdən anlamaq lazımdır ki, danışıqların münaqişəni tənzimləməsi mümkünlüyü çox azdır.

“Danışıqlar prosesi mövcud problemlərin yoluna qoyulmasında üstünlük verə bilər, münaqişənin bütövlükdə həll olunması isə kifayət qədər çətin prosesdir”, deyə Ovannisyan etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə