"Dünyanı həmrəyliyə dəvət edən çağırış" Ramiz Göyüşov

Ramiz Göyüşov

YAP Binəqədi rayon təşkilatının sədri

Dünya 4-cü sənaye inqilabının astanasında olduğu,çox sürətli social- iqtisadi və texnoloji proseslər getdiyi bir zamanda bəşəriyyəti lərzəyə salan COVİD-19 virusunun bütün planeti cənginə alması istər sosial-iqtisadi, istərsə də humanitar sahədə olduqca çətin və mürəkkəb bir vəziyyət yaratmışdır.

Dünya COVİD-19 virusu ucbatından çox ciddi problemlərlə üzləşmişdir. Bir çox sənaye sahələrində istehsal prosesi kəskin surətdə azalmış, neftə tələbat azaldığından dünya bazarında neftin qiyməti kəskin aşağı düşmüş,bu səbəbdən neft hasilatı azaldılmış, yüz minlərlə işçi qüvvəsi ixtisara edilmiş, neft gəlirləri kəskin azalmış, həmin sahədə çalışan insanların həyat səviyyəsinə ciddi təsir göstərmişdır.

İqtisadiyyatın bir sıra sahələri-turizm sektoru, restoran və iri ticarət mərkəzləri, mərasim evləri, mədəni-kütləvi istirahət yerləri, mehmanxana sektoru, istirahət və müalicə müəssisələri, sərnişindaşıma üzrə nəqliyyat sahələri və s. öz fəaliyyətini tamamilə dayandırmış, nəticədə dövlətlərin büdcəsinin, eləcə də sahibkarların və bu sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin gəlirləri milyardlarla dollar azalmış , işsizlik artmış, əhalinin dolanışıq səviyyəsi aşağı düşmüşdür.

Əhalinin pul gəlirlərinin aşağı düşməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin dayandırılması nəticəsində dövlətlər öz büdcəsindən həmin sektora kompensasiya, yardım və müavinət formasında milyardlarla dollar vəsait ödəmək məcburiyyətində qalmışlar.

Pandemiya başlayandan və bir sıra ölkələrdə pik həddinə çatdıqdan sonra virusa yoluxmanın azalması, karantin tədbirlərinin yumşalmasına şərait yaratmasına baxmayaraq, verilən proqnozlar özünü doğrultmamış, virusa yoluxmanın enməsi baş verməmiş, əksinə bir çox ölkələrdə yenidən alovlanmağa başlamışdır.

Pandemiyanın pik vəziyyətə çatdığı günlərdə, mart-may aylarında ayrı-ayrı dövlətlər öz resurslarını və imkanlarını ölkə daxilində səfərbər edərək pandemiyanın qarşısının alınması istiqamətində müəyyən nəticələrə nail olsalarda, bu nəticələr müvəqqəti xarakter daşımış və hazırda COVİD19-un yeni dalğası qarşısında bir sıra dövlətləri aciz qalmışlar.

COVİD-19 Azərbaycandan da yan keçməmiş, mart ayının son günlərindən başlayaraq gözəgörünməz düşmən bizim də qapımızı döyməyə başlamışdır.

Ölkə rəhbəri Cənab İlham Əliyevin müəyyənləşdirdiyi kompleks tədbirlər hesabına COVİD-19- la mübarizədə bir sıra uğurlar əldə edilmişdir.

Eyni zamanda cənab Prezident bir sıra qlobal təşəbbüslərlə çıxış etmiş,Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində iki dəfə yardım göstərmiş, dünyanın 30-dan çox ölkəsinə maliyyə vəsaiti, müxtəlif tipli ləvazimatlar və digər zəruri yardımlar göstərmişdir.

Bu il aprelin 10-da dünya ilk dəfə olaraq Türk Şurası dövlətlərinin videokonfrans formatında pandemiya ilə əlaqədar fövqəlad Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türk Dilli dövlətləri pandemiya ilə əlaqədar səyləri birləşdirməyə səslədi.

Bəli bu indiyədək beynəlxalq təcrübədə rast gəlinməyən ilk tədbir idi və Türk dövlətlərinin başçıları tərəfindən rəğbətlə və dəstəklə qarşılandı.

Məlumdur ki, bu gün Azərbaycan xarici siyasət kursunun kökündə Ümumilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır və bu kursu cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə başçısı 2003-cü ildən başlayaraq dünyanın aparıcı dövlətlərinin başçıları ilə ikitərəfli görüşləri, qonşularla mehriban qonşuluq siyasəti Azərbaycan Prezidentinin nüfuzunu etibarlı tərəfdaş kimi günbəgün artırmaqdadır. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda - MDB, Türk Şurası, QUAM, Avropa Şurası dövlətləri ilə həm təşkilat çərçivəsində, həm də ikitərəfli formatda səmərəli qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurmuşdur.

‌Azərbaycan iqtisadi sahədə də regionun çox mühüm bir dövlətinə çevrilmişdir. Ölkəmizin şaxələndirilmiş neft və qaz kəmərləri təkcə regionun deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan "Qədim İpək yolunun" bərpası layihəsində, Çin Xalq Respublikasının təşəbbüskarı olduğu "Bir Kəmər, Bir Yol" fəal iştirak edir.

‌Qürurla deyə bilərik ki, bu gün Azərbaycan nəhəng "Şərq-Qərb” və “Şimal- Cənub" nəqliyyat dəhlizlərinin qurulmasının təşəbbüskarı və ən fəal iştirakçısıdır.

Son illər ölkəmizin " I Avropa oyunlarına", "İslam Həmrəyliyi" oyunlarına, bir sıra çoxsaylı dünya və Avropa çempionatlarına, yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın bir iqtisadiyyatı güclü, stabil inkişaf edən, sabit bir dövlət kimi dünyaya nümayişi etdirir.

‌2011-ci ildə Azərbaycan Prezident Cənab İlham Əliyevin təşəbbüsü ilə dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzv qəbul edildi. Bu hadisənin Azərbaycan dövlətinin taleyində nə qədər mühüm rol oynayacağını cənab Prezidentin nə qədər uzaqgörən, düşünülmüş və düzgün addım olduğunun biz cəmi bir il sonra şahidi olduq. 2012- ci ildə Azərbaycan məhz Qoşulmama Hərəkatına üzv olan dövlətlərin həmçinin əlavə 35 dövlətin dəstəyi ilə 21 illik müstəqillik tarixində çox mühüm bir uğura imza ataraq BMT Təhlükəsizlik Şurasının Qeyri -Daimi üzvü seçildi və bir neçə ay həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu Azərbaycan Dövlətçilik Tarixində misli görünməmiş bir uğur idi.

Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT-də Azərbaycan təşəbbüsü ilə çox mühüm məsələlər müzakirəyə çıxarılmış və qərarlar qəbul edilmişdir. Əlamətdar və fərəhləndirici haldır ki, BMT-yə sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2012-ci il mayın 4-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilmiş, iclasda ölkəmizin təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" mövzusunda müzakirələr aparılmış, müzakirədə Azərbaycanın Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistanı terroru dəstəkləyən dövlət olduğunu dünyaya çatdırıb. 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda çox mühüm müzakirələr aparılmışdır.

‌Ümumiyyətlə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 59 iclası keçirilmiş, bu müzakirələrin yekunu üzrə müvafiq qətnamə, qərar və bəyanat qəbul edilmişdir.

Bütün bu müzakirələrdə Azərbaycan haqqın, ədalətin tərəfində olmuş və dünyada sülh və təhlükəsizliyə böyük töhfələr vermiş, Azərbaycana böyük nüfuz gətirmişdir.

Qoşulmama Hərakatının XVII Zirvə görüşündə Hərəkata üzv ölkələrin yekdil qərarı ilə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022- ci illərdə təşkilatın sədrliyinin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul edilərkən istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycanı istəməyən qüvvələr bu hadisəyə ağız büzürdü.Lakin tarix sübut etdi ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev nə qədər müdrik və düzgün qərar qəbul edib.

Ölkəmiz eyni zamanda müxtəlif beynəlxalq humanitar formların, mədəniyyətlər arası, sivilizasiyalararası beynəlxalq humanitar forumların mərkəzinə çevrilmişdir. Azərbaycan humanitar sahədə, ölkələr, millətlər arasında qarşılıqlı əməkdaşlığın etimadının yaxşılaşdırılmasında mühüm rol oynamaqla beynəlxalq münasibətlərə mühüm töhfələr verir.

Ölkəmizin birinci vitse-prezidenti, "Heydər Əliyev Fondu"nun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Heydər Əliyev Fondu" dünyada Azərbaycan milli-mənəvi dəyərlərinin təbliğində, dünya xalqları arasında mədəni əlaqələrin inkişafında, dünya mədəni irsinin qorunub saxlanılmasında, səhiyyə, təhsil, mədəniyyət və idman sahəsində həyata keçirdiyi layihələr dünya mədəniyyətinə öz töhfələrini verməklə Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayır.

Bütün sadalananlar Azərbaycanın dünyada böyük nüfuz qazanmasına şərait yaratmışdır.İndi dünyada Azərbaycanla maraqlı olan hər kəs bilir ki, Azərbaycan müstəqil siyasət yeridir. O, güclü dövlətdir, onun qətiyyətli cəsarətli və ağıllı, sözü bütöv, cənab Prezidentimizin özünün ifadəsi ilə desək "Bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik." deyən dövlət başçısı var.Bu baxımdan Azərbaycanın və onun dövlət başçısı cənab İlham Əliyevi dünyada mövcud problemlərin həlli hər zaman narahat etmiş və o,bu problemlərin həlli ilə əlaqədar qlobal çağırışlar və təşəbbüslərlə çıxış edir.

COVİD-19 pandemiyasının elan edildiyi ilk günlərdən Azərbaycan ölkə daxilində zəruri tədbirlərlə yanaşı eyni zamanda, pandemiyadan daha çox ziyan çəkən ölkələrə də əlini uzatdı.Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında quran Azərbaycan hökumətinə görülən işlərə görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verildi. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı həm də beynəlxalq səviyyədə Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycan təşəbbüskarı olduğu Zirvə görüşlərində iştirak edir və bu görüşlərdə Azərbaycanın fəaliyyətinə yüksək dəyər verir.

Bu gün Azərbaycan iki beynəlxalq təşkilata Türk Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Təbii ki, beynəlxalq təşkilata sədrlik etmək ölkənin böyük beynəlxalq nüfuzuna dəlalət etməklə yanaşı həm də məsuliyyət yaradır.

Qürur hissi ilə qeyd etməyi lazım bilirəm ki, Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev bu statusda da dünyaya nümunə göstərir.Artıq hər kəsə və bütün dünya ictimaiyyətinə məlumdur ki, dünya praktikasında ilk dəfə olaraq cənab Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə online formatında görüşlər keçirilir.

Qeyd etmək yerinə düşər ki, Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasını və Qoşulmama Hərəkatına üzv ölkələr Zirvə görüşləri çox uğurlu keçmişdir. Qəbul edilmiş sənədlərdə Azərbaycan və onun Prezidenti cənab İlham Əliyevin bu təşəbbüsü və pandemiya ilə mübarizədə oynadığı rolu və həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır.

Bu gün Azərbaycan Qoşulmama Hərakatının sədri kimi öz liderlik missiyasını daha fəal şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev təksə təşkilatın sədri funksiyasını deyil,həm də hardasa müxtəlif supergüclər tərəfindən haqqları pozulan,təzyiqlərə məruz qalan,hüquqları tapdalanan dövlətlərin lideri kimi çıxış edir. Dediklərimə əyani misal olaraq Cənab ilham Əliyevin təşəbbüsü ilə may ayının 4-də Qoşulmama Hərakatına üzv olan dövlətlərin Zirvə görüşündə məhz Cənab İlham əliyevin təşəbbüsü ilə BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının prezdenti,Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru,Afrika İttifaqının sədri, Avropa ittifaqının yüksək səviyyəli nümayəndəsi iştirak etməsi Cənab İlham Əliyevin beynəlxalq nüfuzundan xəbər verir.

Məhz həmin Zirvə görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin və əməkdaşlığın nümunəsi kimi pandemiya ilə mübarizədə səyləri birləşdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sesiyasının çağrılması təşəbbüsü ilə çıxış etdi.

Qeyd etmək lazımdır ki.təşəbbüs Hərəkata üzv olan 120 dövlət tərəfindən dəstək aldıqdan sonar təşkilatın sədri Cənab İlham Əliyev məktubla BMT-nin Baş Katibi Antonio Quterreşə müaciət etmiş və az müddət içində BMT üzvü olan dövlətlərin 130-dan çoxu bu təşəbbüsə dəstək nümayiş etdirmişdir. Elə bu faktın özü Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzundan ən bariz göstəricisidir.

Baş Assambleyanın xüsusi sessiyasından dünya ictimaiyyətinin gözləntiləri çoxdur. Yəqin ki, bu gözləntilər pandemiyanın peyvəndindən tutmuş virusa yoluxmuş insanların müalicəsi üçün dərmanların tapılmasınadək, pandemiyanın müalicəsi üçün dərmanların,inventarların və avadanlıqların bütün dövlətlər üçün əlçatan olmasınadək, pandemiyanın qarşısını almaq və fəsadlarını aradn qaldırmaq məqsədilə xüsusi ümumdünya fondunun yaradılmasınadək,həkimlərdən,virusoloqlardan,mütəxəssislərdən ibarət xüsusi dəstənin,institutun yaradılmasınadək,dünya iqtisadiyyatının tənzimlənməsinədək,əmək miqrantlarının hərəkətinədək,gömrük ,viza və xüsusi icazələrədək, pandemiya ilə əlaqədar bütün dünya üzrə təxmini norma və qaydaların işlənilməsinədək geniş spektr məsələləri əhatə edir. Ola bilər ki, bu məsələlərin hamısı sesiyanın müzakirə obyekti olmasın. Lakin bir həqiqət aydındır. Bu müzakirə fikrimcə Pandemiya ilə mübarizədə dönüş nöqtəsi olacaq.

Və səlnaməçilər 2020-ci ilin COVİD-19 pandemiyası haqqında tarix kitabını yazanda bu sesiyanın xüsusi əhəmiyyətini hökmən qeyd edəcəklər. Kitabının həmin səhfəsində Azəırbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərakatının sədri İlham Əliyevin adı qırmızı xəttlə keçəcək. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə