Ölkə başçısı dəyərli mesajlar verdi TƏHLİL

Dövlət və hökumət başçılarının ölkə vətəndaşlarına müraciətləri, media vasitələrinə müsahibələri hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzində olub və hər zaman xüsusi olaraq təhlil edilib. Təhlillərin nəticələri isə təsdiq edir ki, belə müraciət və müsahibələr heç də sıradan bir addım kimi dəyərləndirilə bilməz və hansısa məqsədə xidmət edir. Amma etiraf etmək lazımdır ki, əksər ölkələrdə, özü də inkişaf etmiş ölkələrdə dövlət başçıları bu addımı ya seçki maraqları çərçivəsində edib, ya da hansısa siyasi divident naminə edildiyi gizli olmayıb. Xarici ölkələrin təcrübəsindən fərqli olaraq, Azərbaycanda ölkə başçısı bunu xalqın, vətəndaşların maraqları, dövlət və dövlətçilik, eləcə də istiqlaliyyətimizin qorunması naminə, dəyərlərimizin mühafizəsi üçün edib və edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev telaviziya kanallarına son müsahibəsində də bir sıra məqamlara aydınlıq gətirib və bu müsahibədə ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq təşkilatlar, eləcə də dünya ictimaiyyəti üçün də tutarlı faktlar, əhəmiyyətli məlumat və tövsiyyələr var. Beləki, ölkə başçısının istər bütün dünyanı cənginə alan koronavirus adlı qlobal bəlanın aradan qaldırılması istiqamətində verdiyi tövsiyyələr, istərsə də bu bəla ilə mübarizədə Ermənistanın mövqeyi, xüsusilə Azərbaycanafob və ksenofob mövqeyi barədə söylədikləri həm Azərbaycan cəmiyyəti, həm beynəlxalq təşkilatlar, həm də dünya ictimaiyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. Həm əhəmiyyət kəsb edir, həm də bütün dünyanın qlobal miqayasda can alan koronavirusla mübarizəsi, mücadiləsi, qələbə naminə yeri gələndə həmrəyliyi, birləşməsi fonunda Ermənistanın bu mübarizədən yayınması, həmrəylikdən imtina etməsi, Azərbaycanafob, ksenofob mövqeyi bütün beynəlxalq təşkilatlar qarşısında qoyulacaq tutarlı fakt, həmin təşkilatların özləri üçün isə presedent sayıla bilər.
Eləcə də ölkə başçısının televiziya kanallarına müsahibəsində ölkəmizdə olan radikal müxalifətin, ermənipərəst qüvvələrin anti-Azərbaycan fəaliyyəti, düşmən dəyirmanına su tökmək cəhdləri, dövlətçiliyimizə, xalqımıza düşmənçilik mövqeləri barədə fikirləri belə, cəmiyyətimiz, həmçinin beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti üçün də faydalıdır. Çünki, demokratiya, söz azadlığı pərdəsi altında gizlənən və istənilən halda bütün dəyərləri ayaqları altına alan radikalların “kimliyini” Azərbaycan cəmiyyəti ilə yanaşı bütün dünya ictimaiyyətinin də, beynəlxalq təşkilatların da bilməsi vacibdir. Azərbaycan xalqı, ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də bilməsi ona görə vacibdir ki, bu qüvvələrin simasını, daha doğrusu simasızlığını hamı görsün, bilsin ki, ölkəmiz barədə qara yaxanlara inanılmasın və haqqımızda xoşagəlməz, uyğunsuz rəylərin formalaşmasının qarşısı zamanında alınsın. Bir sözlə, xarici havadarları da, qrantlarını verənlər də anlasınlar ki, radikallar heç də demokratiya uğrunda mücadiləyə, mübarizəyə qalxmayıblar və onlar sözün əsl mənasında xainlərdir. Heç şübhəsiz ki, “xainlərin demokratiyası” Azərbaycan xalqı ilə yanaşı, nəinki beynəlxalq təşkilatlara, heç qrant təminatçısı olan “şər iblislərinə”, Soroslara da lazım deyil ki, bu da həmin radikalların əli ilə ölkəmizə atılan şərin, böhtanın, qarayaxmalarının qarşısının alınması deməkdir.
Göründüyü kimi, ölkə başçısı Cənab İlham Əliyev istər koronavirus, istər erməni virusları, istərsə də öz içimizdə olan radikal virusların təmizlənməsi, cəmiyyətimizin sağlamlaşdırılması istiqamətində inamlı addımlar atır və bu çox təqdirəlayiqdir. Əslində, bütün bu addımlar təkcə Azərbaycan cəmiyyəti deyil, qlobal müstəvidə təmizlənmə strategiyasıdır. Çünki, erməni adlı virus, yaxud, sapı özümüzdən olanların timsalında radikal viruslar, xainlər bütün dünya üçün xəstəlikdir, qlobal bəladır. Onsuz da dünya ictimaiyyəti erməni xəyanətlərinin, erməni terrorunun, törətdikləri fəlakətlərin nəinki şahididir, həm də acısını yaşayandır və Fransada törətdikləri terrorun misalında ermənilərin dünyanın bətninə düşən virus olduqlarının da fərqindədir. Yaxud, xainlər bu gün heç də ermənidən az zərərverici xassəyə, xüsusiyyətə malik deyillər və belələrinə bəşər tarixində hər zaman rast gəlinib və bundan sonra da gəlinəcəyi zərrə qədər şübhə doğura bilməz. Lakin, bəşəriyyətin bu tip bəlalarla mübarizəyə hazırlığı, ən azından onlar barədə, fəaliyyətləri, mənfur niyyətləri haqda məlumatlılığı son dərəcə əhəmiyyətlidir.
İstər beynəlxalq tribunalarda, istər vidoekonfrans formatında təşkil olunan görüşlərdə, istər vətəndaşlara müraciətlərində, istərsə də televiziya kanallarına verdiyi müsahibəsində ölkə başçısının qlobal təhlükələr barədə məlumatlar verməsi, faktları cəsarətlə bəyan etməsi, bütün dünyanın diqqətini bu təhlükələrə yönəltməsi Azərbaycan Prezidentinin bütün insanlığın təəssübkeşi olduğunu təsdiq edir. Bu gün artıq bütün dünya ictimaiyyəti Cənab İlham Əliyevin humanizm siyasətinin, insanpərvər, sülhsevər strategiyasının, eləcə də bəşəriyyətin xilası istiqamətində göstərdiyi səylərin və əməli addımların şahididir. Bir qədər bundan əvvəl ermənilərin, bütövlükdə Ermənistanın faşizm ideologiyasını bütün dünya ictimaiyyəti qarşısında ifşa edən Azərbaycan Prezidenti, telekanallara müsahibəsində də onların mahiyyətini, koronavirus kimi qlobal bir bəlanın, can alan virusun həyati təhlükəsinin fonunda belə yenə də erməni məkrini, Azərbaycan əleyhinə, eləcə də düşmənçilik mövqeyini, nəyin bahasına olur-olsun ölkəmizin əleyhinə olmasını açıq-aşkar ortaya qoydu və sadalanan faktlarla sübut etdi. Sübut etdi ki, başda Azərbaycan olmaqla bütün dünya insan cəmiyyətini, onun sağlamlığını, mühafizəsini düşündüyü, qorumağa çalışdığı bir dönəmdə, pandemiya dönəmində belə ermənilər, Ermənistan dövləti yalnız Azərbaycana düşmənçilik nümayiş etdirməyə çalışır.
Ölkə başçısı Cənab İlham Əliyev hər zaman olduğu kimi, yenə də tutarlı faktlarla çox dəyərli mesajlar verdi, həm Azərbaycan cımiyyətinə, həm də ümumilikdə dünya ictimaiyyətinə. İndi təkcə Azərbaycanda deyil, dünyanın hər yerində, hər kəs başa düşür ki, bu mesajlar bəşəriyyətin xilasına, insan cəmiyyətinin mühafizəsinə, sağlamlığın, əmin-amanlığın, sabitliyin təmin olunmasına hesablanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə