İraqdakı ABŞ əsgərlərinin bir qismi ölkə ərazisindən çıxarılacaq. SİA xəbər verir ki, rəsmi Bağdad rəhbərliyi ilə ABŞ arasında bu istiqamətdə danışıqlar aparılıb və nəticə olaraq əsgərlərin bir qisminin növbəti aylarda İraqdan çıxarılmasına qərar verilib.
Bu məsələ İraq Parlamentində də müzakirə olunub. ABŞ rəhbərliyi görüşlərdən sonra yaxın aylarda İraqdakı əsgərlərini ixtisar edəcəyinə söz verib.
Bu barədə rəsmi Bağdad və Vaşinqton administrasiyası birgə bəyanat yayıb: "İki ölkə, İŞİD təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli irəliləyişlər əldə edib, bunu nəzərə alaraq, növbəti aylarda hərbi qüvvələr İraqdan çıxarılmağa başlayacaq".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB