SAM-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı məsələsi müzakirə olunacaq

SAM-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Obama Administrasiyasının iştirakı məsələsi müzakirə olunacaq

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda dəyirmi masa keçiriləcək.

SAM-dan SİA-ya verilən xəbərə görə, tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin(İsrail) professoru Brenda Şafer və Corc Vaşington Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər.

SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin iştirak edəcəyi tədbirdə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə