AİHM-nin 26 may tarixli qərarı erməni diplomatiyasının məğlubiyyətidir TƏHLİL

Ermənistanın xeyli müddətdir göstərdiyi səylərin iflası hesab olunan qərar, daha dəqiq desək, Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" işi üzrə mayın 26-da qəbul etdiyi qərar bütün dünyanın diqqətindən yayınan deyil. Sirr deyil ki, bu iş 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürülməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun qohumları tərəfindən Avropa Məhkəməsinə verilmiş şikayətə əsaslanıb. O da bəllidir ki, bu məsələdə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələri pozulub və bu da Avropa Məhkəməsinin qərarında öz əksini tapıb.

Məsələ burasındadır ki, ermənilər cəhd edirdilər ki, Ramil Səfərovun əməlini Azərbaycan dövlətinə aid etsinlər və beynəlxalq səviyyədə hüquq pozuntusu məsələsi üzrə məsuliyyəti Azərbaycan hökumətinin üstünə atsınlar. Ermənilərin əsas iddia və tələblərindən biri də məhz bu idi. Amma Avropa Məhkəməsi bu iddianı rədd etdi və məhz buna görə də Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını Ermənistanın xeyli müddətdir göstərdiyi səylərin iflası hesab olunan qərar adlandırmaqda hər kəs haqlıdır. Məhkəmənin gəldiyi nəticəyə görə, Ramil Səfərov Azərbaycan Hökumətini təmsil etməyib və əməlini törədərkən fərdi qaydada çıxış edib. Diqqət çəkən məqamlardan biri də odur ki, Ramil Səfərova Azərbaycan Hökuməti həmin əməlləri törətmək əmrini verməyib. Məhz elə bu baxımdan da o Konvensiyanın 2-ci maddəsini pozmayıb və bu səbəbdən də onun beynəlxalq-hüquqi məsuliyyəti olmamalıdır və bu qərarda da öz əksini tapıb ki, ermənilərin də səylərinin iflası elə buna görədir.
Azərbaycan hökuməti 2004-cu ildə baş vermiş əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmaq niyyətində də deyil ki, bunun özü də qərarda öz əksini tapır. İndi az qala bütün dünya ictimaiyyətinə əyandır ki, Ramil Səfərov işinə Macarıstan məhkəməsində baxılıb və həbs qərarı da Azərbaycan məhkəməsində deyil, həmin məhkəmədə verilib. Özü də törətdiyi əmələ görə onun özünün məsuliyyət daşıdığı qeyd olunaraq həbs edilib. Yeri gəlmişkən, Ramil Səfərov bu həbs qərarından sonra cəzasını da çəkib və özü də kifayət qədər uzun müddət çəkib.
Bu zamana qədər Ermənistan tərəfi, ələlxüsus bu işğalçı ölkənin siyasi-ictimai dairələri və onların tapşıqığı ilə də Ermənistan mediası bu işlə əlaqədar məsuliyyəti Azərbaycan Hökumətinin üstünə atmaqdan ötrü dəridən qabıqdan çıxıb. Erməni təbliğatının Azərbaycan hökumətinə ünvanlandığı qarayaxmaların heç bir əsası olmadığı bizim özümüz üçün də, dünya ictimaiyyəti üçün də sirr deyildi. Amma, Avropa Məhkəməsi bu əsassızlığı bir növ rəsmiləşdirdi ki, bu da məhz elə ermənilərin, bütövlükdə Ermənistanın bu istiqamətdə də iflasını şərtləndirdi.
Ermənistan tərəfinin 2004-cü ildən bu vaxta qədər Ramil Səfərov işi ilə bağlı hay-küy salmadığı, susduğu bir an belə olmadı. Bu ölkənin mediası Ramil Səfərovla bağlı işi bayraq edərək Azərbaycan tərəfinə ləkə yaxmaq, Azərbaycan hakimiyyətini məsuliyyət altında qoymaq niyyətindən heç zaman çəkinmədi ki, bu da həmin ölkənin siyasi hakimiyyətinin verdiyi tapşırıq idi. Daha doğrusu bu erməni siyasi dairələrinin missiyası idi ki, arzu olaraq elə ürəklərində də qaldı. Bir növ, AİHM-nin qərarı bu zamana qədərki erməni diplomatiyasının məğlubiyyəti oldu. Çünki, illər boyu, düz 2004-cü ildən bu vaxta qədər göstərdikləri səy, sərf etdikləri əmək, aradan olan zaman belə puça çıxdı və ermənilərin bu zaman müddətində yürütdükləri siyasət də, diplomatiyaları da məğlubiyyətə uğradı.
Heç şübhəsiz ki, Ermənistan adlı ölkənin işğalçılıq siyasəyi də, törətdikləri əməllər də, zəbt, qarət, vandallıq, terror kimi insanlığa sığmayan, beynəlxalq hüquq normalarına uyğun olmayan əməlləri də, eyni zamanda beynəlxalq hüququn tələblərinə hörmətsizlikləri də, saymazlıqları da başda beynəlxalq təşkilatlar olmaqla hər bir quruma, hər ölkəyə də bəllidir. Eyni zamanda o da bəllidir ki, özləri Xocalı faciəsi kimi tarixə düşən insanlıq dramının müəllifləri olduqları halda qonşu dövləti, hətta əməllərindən zərərçəkmiş ölkəni, Azərbaycanı günahlandırmağa qalxıblar həyasızcasına. AİHM kimi bir məhkəmə instansiyası ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri əməllərdən məlumatsızdır, yoxsa bir ermənin qətli ilə onların yüzlərlə, minlərlə azərbaycanlını qətlə yetirməsini müqaisəyə gətirə bilərmi? Ermənilərin Xocalıda törətdikləri hadisələr barədə video, yaxud foto çəkilişlərdən yəni xəbərsiz bir instansiya, bir qurum, yaxud bir ölkə ictimaiyyəti ola bilərmi? İnformasiyanın dünyada belə sürətlə yayıldığı bir zamanda, kimsənin Xocalı qətliamı ilə bağlı faktlar barəsində məlumatsızlıq inandırıcı görünə bilərmi? Bütün bunların fonunda hansısa bir qurum, hansısa bir instansiya, ələlxüsus Avropa İnsan Hüquqları Məhkəməsi faktları görməməzlikdən gələ, bunları bir erməni dığasının qətli ilə müqaisə edə bilərmi? Bircə dənə erməninin öldürülməsini, şəxsi münaqişə zəminində qətlini Avropa Məhkəməsi boyda bir qurum Xocalının dinc sakinlərinin qətli ilə müqaisə edə bilərmi? Soyqırımla münaqişə, məişət zəmnindəki qətl ümumiyyətlə bir tərəziyə qoyula bilərmi? Digər tərəfdən, bir insanın qətli və ona görə cavabdehlik, özü də bütövlükdə Azərbaycan Hakimiyyətinin məsuliyyəti haqqında bar-bar bağıranlar, dinc Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsini, onlara əzab verərək qətlə yetirənlər, qətlə yetirdikdən sonra cəsədləri üzərində təhqiramiz hərəkətlər edənlər insanlıq, humanizm tərəfdarı kimi çıxış etmək istəyirlər, yoxsa qanunun aliliyinə hörmət edənlər kimi?
Bəllidir ki, dığalar törətdikərindən diqqəti yayındırmaq, onları ört basdır etmək üçün qondarma da olsa hansısa bir arqumenti şişirtməyi qərara almışdılar. Bunun üçün 16 il idi ki, əldən-ayaqdan gedirdilər və haqsız, ədalətsiz iddiaları öz məntiqi nəticəsini tapdı. Bu illər ərzində mücadilələri, bir qətl hadisəsinə beynəlxalq müstəvidə hüquqi don geyindirərək onu Azərbaycan Hökumətinin məsuliyyətinə yükləmək kimi ciddi-cəhdləri uğursuzluqla nəticələndi. Uzun illər bu istiqamətsə davam etdirilən erməni diplomatiyası fiaskoya uğradı. Uduzdular. Çünki, bu tələb və iddiaları əvvəla haqsız idi, digər tərəfdən isə buna onların mənəvi haqları da yoxdur. Çünki, istər millətlər, istərsə də fərdlər səviyyəsində üzləşilən ağrı və iztirablarının kökündə elə Ermənistanın Azərbaycana, Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş düşmənçilik siyasəti dayanır.
Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozulmasına yol verənlərin insan hüquq və azadlıqlarına hörmət etməsi, Avropa Məhkəməsinin qərarlarına əhəmiyyət verməsi absurd səslənir və bu mümkün, eləcə də inandırıcı görünmür. Eyni zamanda bu barədə iddia qaldırmağa belə haqqı olmayanın biri və birincisi elə onların özləridir. Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit edən "Çıraqov işi" üzrə Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı qərarın icrası təmin olunmayanadək, rəsmi Yerevanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nəsə tələblər etməyə hansısa mənəvi haqqı ümumiyyətlə ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə