"Ümumiyyətlə cənab Prezident hər zaman bütün məmurlar qarşısında bir piroritet vəzifə qoymuşdur. Təbii ki, bu da vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdən, onların müraciətlərini dinləməkdən, ehtiyacı olan insanlara dəstək göstərməkdən asılıdır". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, 2018-ci ilin 11 aprel son prezident seçkilərindən sonra ölkəmizin bütün sahələrində kadr, struktur islahatları aparıldı eyni zamanda Prezident Administrasiyasında, Nazirlər Kabinetində, qanunverici orqanda, məhkəmə-hüquq sahəsində də bu islahatlar davam etdirildi: "Təbii ki, bu özünün müsbət nəticələrini artıq verməkdədir və həmin islahatlar bundan sonra daha da təkmilləşdiriləcəkdir. Yeni həyata keçirilən islahatlardan sonra biz eyni zamanda məmur-vətəndaş münasibətlərində də fərqli yanaşmanın şahidi oluruq. Bu da ölkəmizdə aparılan ümumi islahatların məntiqi nəticəsidir. Çünki cənab Prezidentimiz istər mərkəzi, istər yerli icra hakimiyyəti orqanlarına, istərsə də digər sahələrdə vəzifəyə təyin etdiyi şəxsləri vətəndaşlarla daha yaxın olmağı, onların daim yanlarında olmağı, problemlərini dinləməyə çağırıb. Bu gün artıq tamamilə fərqli mənzərəyə doğru gedirik. Bu yolda ölkə başçısının qarşıya qoyduğu vəzifələri icra edə bilməyən, özbaşınalıq edən və digər neqativ hallara düçar olunanlar haqqında çox ciddi tədbirlər görürülür. Xüsusilə korrupsiya və rüşvətxorluğa düçar olmuş məmurlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən amansız mübarizə aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB