"AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal olunmasında ermənilərə dəstək olub" CAVİD OSMANOV

"AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal olunmasında ermənilərə dəstək olub" CAVİD OSMANOV

“28 il bundan əvvəl Ermənsitan separatçıları tərəfindən Şuşa şəhəri işğal edilib. AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal olunmasında ermənilərə dəstək olub”. SİA-nın xəbərinə görə, bunu illi Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, bugünkü “Milli Şura” adlanan bir “qurum” sanki Ermənistanın səfirliyi rolunu oynayır.

Onun sözlərinə görə, Əli Kərimli isə özünü Ermənistanın səfiri kimi aparır.

C. Osmanov qeyd edib ki, Azərbaycan xalqı həmişə onları tarixin zibilliyinə atıb: “Bu gün özlərini demokrat adlandıran, isnanları təhqir edən insanlara qarşı hüquqi qiymət verilməldiir. Xahiş edirəm ki, hüquq-mühafizə orqanları xalqımıza xəyanət, təhqir edən insanlara hüquqi qiymət versinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə