“Ermənistanla aparılan danışıqların heç bir mənası yoxdur. Çünki Ermənistan yenə də özünün barışmaz tərəfini göstərir. İndi də eyni proseslər təkrar olunub və həmin görüşdən sonra Ermənistanın Xarici İşlər naziri mətbuata açıqlama verib ki, görüşlərdə Dağlıq Qarabağdakı seçkilər müzakirə olunub. Bu “seçkilərə” də dövlətin keçirdiyi seçkilər kimi ad qoyub. Onlar fürsət düşən hər məqamda öz təbliğatlarını aparırlar. Çox təəssüf ki, həmsədrlər də buna susublar, heç bir fikir bildirmirlər. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
O söyləyib ki, həmsədrlər niyə sual vermir ki, orada qondarma seçkilər necə olur ki, keçirilib? “Sonra birgə bəyanatla çıxış ediblər və həmin bəyanatda göstərilib ki, koronavirus şəraitində də danışıqlar davam etdirilsin, məsələnin həlli yolları axtarılsın. Yəni mənasız ifadələr işlədilməkdə davam edilir. Bu görüşdə də erməni tərəfi sərt şəkildə öz mövqeyində qaldığını bildirib. Görüş ərəfəsində Rusiya Xarici İşlər nazirinin açıqlaması olub və həmin açıqlamada göstərilib ki, BMT Təhlükəsizlik Şurasının sənədlərində Azərbaycanın ərazi bütövlüyü təsdiq olunur, eyni zamanda göstərilib ki, danışıqlar masasında sənəd var və sənəddə mərhələli həll variantı nəzərdə tutulub. Hətta buna da Ermənistan tərəfindən sərt reaksiya gəlib. Onlar iddia edib ki, məsələ başqa cür müzakirə olunur. Guya Dağlıq Qarabağdakı qondarma rejimin və orada yaşayan bir ovuc erməninin öz müqəddəratını həll etmək hüququ var. Yenə də Ermənistan ziddiyətli, barışmaz və ölçüyəsığmayan mövqe nümayiş etdirir”.
A.Nağı vurğulayıb ki, bütün bunların nəzdində bu cür danışıqları davam etdirməyin heç bir mənası yoxdur: “Ermənilər öz mövqelərindən geri çəkilmək istəmirlər. Burada ancaq bir çıxış yolu var ki, Azərbaycan mövcud şəraiti dəyərləndirməklə daixili-xarici amilləri nəzərə alıb torpaqlarını işğaldan azad etməlidir. Bu cür əməllərə dözmək artıq mümkün deyil. Ermənistan Qarabağı və ətraf rayonları geri qaytarmayacağı barədə bəyanatları daim yeniləyir. Guya özlərinə təhlükəsizlik zonası yaradıblar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, illərdir işğal altındadır lakin onlara heç nə deyilmir. Dağlıq Qarabağın ətrafındakı ərazilər də Azərbaycan torpaqlarıdır, indi də oranı təhlükəsizlik zonası adlandırırlar. Yəni bu cür mövqedə duran tərəflə hər hansı danışıqlar aparmağın mənası yoxdur, onlarla ancaq silahla danışmaq olar, başqa yolu yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB