"Vətəndaşlarımız Prezidentə və dövlətimizə minnətdardır” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan vətəndaşlarının güvənc yeri əlbəttə ki, cənab Prezident və Azərbaycan dövlətidir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

"İndiki mərhələdə dünyanın həll edə bilmədiyi koronovirus pandemiyası qarşısında Azərbaycan Prezidentinin və dövlətinin sərgilədiyi duruş sözün həqiqi mənasında vətəndaşlarımızı məmnun edir. Ona görə də onlar durmadan cənab Prezidentə öz təşəkkürlərini ifadə edirlər. Yəni bizim vətəndaş olaraq güvəndiyimiz dövlətimiz və Prezidentimizdir. Bu normal haldır. Bildiyiniz kimi dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən sonuncu prezident seçkisində xalqın böyük əksəriyyətinin etimadı ilə yenidən ölkə rəhbəri seçilmişdir. Xalq Prezidentimizə etimad göstərmişdir. Təbiidir ki, bu etimad da boşuna deyildi. Çünki ona qədər olan dövrdə də cənab Prezidentə böyük etimad var idi. Bu etimad yeniləndi və indiki şəraitdə Prezidentin göstərdiyi davranış, ümumiyyətlə Azərbaycanın hər bir vətəndaşının həyatını xilas etmək üçün atdığı addımlar əlbəttə ki, insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Ona görə də vətəndaşlarımız Prezidentə və Azərbaycan dövlətinə minnətdardır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə