Mübariz Qurbanlı : “Əminəm ki, Qərb ölkələrinin rəhbərləri nə İsa Qəmbəri, nə də Əli Kərimlini tanımırlar”

Mübariz Qurbanlı : “Əminəm ki, Qərb ölkələrinin rəhbərləri nə İsa Qəmbəri, nə də Əli Kərimlini tanımırlar”
"Müxalifətin son zamanlar sabitliyi pozmaq cəhdləri milli maraqlarla üst-üstə düşmür". SİA-nın məlumatına görə, bu sözləri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, radikal müxalifətin rəhbərliyində duran şəxslərin siyasi fəaliyyəti bir daha onu sübut edir ki, onlar hər zaman Azərbaycanın milli maraqlarına ziyan vururlar.
Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti Ermənistan istisna olmaqla digər ölkələrlə normal siyasi- iqtisadi münasibətlərə malikdir: "Bu gün biz 145 dövlətlə ticari- iqtisadi əlaqədəyik. Azərbaycan Qərb dövlətləri, Asiya dövlətləri və qonşuluqda olan ölkələlə sıx münasibətlərə malikdir. Ona görə bəzən çıxışlar edərkən belə təəssürat yaranmasın ki, guya radikal müxalifətin nümayəndələrini kimlərsə dəstəkləyir. Əminəm ki, Qərb ölkələrinin rəhbərlərinin heç biri nə İsa Qəmbəri, nə də Əli Kərimlini tanımırlar. Onlar bir dəfə də olsun, həmin nümayəndələrlə görüşməyiblər. Çünki onlar həmin Ə.Kərimlinin və İ.Qəmbərin Azərbaycanda hər hansı gücə malik olmadıqlarını bilirlər. O zaman sual çıxır ki, radikal müxalifətin xarici qüvvələrdən dəstək alması məsələsi nədən yaranır. Bü gün ABŞ, İran, Rusiya parlamentlərində erməni lobbisindən olan siyasətçilər var. Bizim radikal müxalifət bu və ya digər formada onların əlində alətə çevrilirlər. Azərbaycanda hər hansı qarşıdurma olarsa, Ermənistan qazanacaq. Cəmiyyətimiz bunu qətiyyətlə pisləyir, cəmiyyət onlara qarşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə