Siyasi səhnə AXCP sədrindən imtina edir!
Sirr deyil ki, AXCP sədri Əli Kərimli siyasi səhnədə hansı birlik və qurumlarda təmsil olunubsa, həmin birlik və qurumlar qısa zamanda iflasa uğrayıb və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Xüsusilə, müxtəlif siyasi-ictimai hadisələr çərçivəsində keçirilən görüşlərdə belə, cəbhəçi sədrin iştirakı arzuolunmaz olur. Çünki artıq hər kəs bilir və dərk edir – Ə.Kərimli yalnız öz şəxsi mənfəəti, maddi maraqları naminə AXCP adlı qurumun arxasında fəaliyyət göstərməkdədir. O da bəllidir ki, hazırkı dövrə qədər onun vaxtilə işğal etdiyi AXCP-dən zaman-zaman kifayət qədər insan istefaya gedib, o cümlədən, Ə.Kərimlini ifşa edərək, onun iş üzünü aşkara çıxarıblar. Ümumiyyətlə, Kərimlinin fəaliyyəti bütövlükdə istər siyasi səhnə, istərsə də müxalif düşərgə üçün arzuolunmazdır.
AVP sədri: “Belə bir partiya ilə əməkdaşlıq etmək, sadəcə, olaraq mümkün deyil”
“Belə bir partiya ilə əməkdaşlıq etmək, sadəcə, olaraq mümkün deyil”. SİA xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı AXCP sədri Əli Kərimlinin siyasi proseslərdə dialoq mühitindən kənarda qalması məsələsi ilə bağlı mediaya münasibətini açıqlayarkən deyib. Partiya sədrinin sözlərinə görə, AXCP öz daxilində də sosial dayaqlarını itirib, daha çox xaricdən idarə olunur, anti-Azərbaycan qüvvələrinin içərisində yer alıb: “Belə bir partiya ilə əməkdaşlıq etmək, sadəcə, olaraq mümkün deyil. Çünki tutduğu xətt, mövqe və göstərdiyi fəaliyyət onun özü-özünü iflasa aparır. Əli Kərimlinin partiyası artıq Azərbaycan siyasi qütbünün tərkib hissəsindən çıxıb, onun tərkib hissəsi kimi fəaliyyət göstərmir”.
“Xaricdə onun iki ruporu var-bir Qənimət Zahid, bir də Sevinc Osmanqızı, onların vasitəsilə AXCP xaricdən verilmiş reseptə uyğun olaraq fəaliyyətini qurub”
Ağamalının sözlərinə görə, Əli Kərimli daha çox xaricdən idarə olunur və onun iki ruporu mövcuddur: “Xaricdə onun iki ruporu var-bir Qənimət Zahid, bir də Sevinc Osmanqızı, onların vasitəsilə AXCP xaricdən verilmiş reseptə uyğun olaraq fəaliyyətini qurub. Məncə, belə bir partiya ilə əməkdaşlıq etməyə ehtiyac yoxdur. Çünki bu partiya Azərbaycan dövlətinin və xalqının milli maraqlarına deyil, anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət edir”.
AVP sədri daha bir xatırlatmaq edərək bildirib ki, rəhbərlik etdiyi siyasi təşkilatı zaman-zaman digər siyasi partiyalarla tədbirlər keçirir, lakin o heç vaxt AXCP sədrini belə tədbirlərə dəvət etmir.
“Əli Kərimli tamamilə özünü Azərbaycanın siyasi mühitindən və siyasi sistemindən təcrid edib”
Belə ki, Ə.Kərimli ilə əməkdaşlıq etmək barədə heç vaxt düşünməyib, bundan sonrada belə bir fikri yoxdur: “2019-cu il sentyabrın 11-də biz də siyasi partiyaların iştirakı ilə bir tədbir keçirdik. Rəsmi şəkildə mən elan etdim ki, biz Əli Kərimlinin rəhbərlik etdiyi partiyanı dəvət etmirik və bu partiya ilə hər hansı şəkildə əməkdaşlıq barədə düşünmürük. Çünki onun mövqeyi bizim təməl prinsiplərimizlə uyğun deyil. Bizim təməl prinsiplərimizin başlıca şərti Azərbaycan dövlətçiliyidir, dövlətin və xalqın milli maraqlarıdır. Bu baxımdan, məncə, Əli Kərimli tamamilə özünü Azərbaycanın siyasi mühitindən və siyasi sistemindən təcrid edib”.
Beləliklə, bir daha təsdiq olunur ki, Kərimlini nəinki konstruktiv mövqeli siyasi partiyalar, hətta onunla eyni radikal düşərgədə təmsil olunan şəxslər də rədd edirlər. Daha dəqiq desək, bu gün siyasi səhnənin müxtəlif cinahlarında fəaliyyət göstərən partiyalar da yaxşı bilirlər ki, harada AXCP sədri Ə.Kərimli varsa, orada mütləq mənada çaxnaşma, ziddiyyət, qarşıdurma, iflas və rüsvayçı məğlubiyyət var.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB