Past: "YOX"çular "HƏ"çiləri üstələyib" ERMƏNİSTANDA

Ermənistanın “Past” qəzeti yazır ki, referendum ərəfəsində seçki komissiyalarında maraqlı hallar yaşanır. SİA-nın məlumatına görə, hakimiyyət maksimal şəkildə çalışır ki, komissiyaların formalaşmasında öz adamlarının sayını daha çox etsin. Belə ki, komissiyaların formalaşması prosesi martın 1-də başa çatacaq.

Lakin hakimiyyətin cəhdlərinə baxmayaraq, “YOX”çular “HƏ”çiləri üstələməkdədirlər. “Bizim müşahidələrimizə görə, hakimiyyət komissiyalara öz adamlarını yerləşdirməyə çalışır. Başqa tərəfdən, “YOX”çulara daha çox insan müraciət edir ki, onlar komissiyalarda iştirak etmək marağındadırlar” deyə erməni qəzeti yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə